Boeing-dən qəza qurbanlarının yaxınlarına 100 milyon dollarlıq yardım
İndoneziya və Efiopiyada baş vermiş qəzalardan sonra tənqidlərin hədəfində olan ABŞ-ın Boeing şirkəti, qəza qurbanları üçün yeni bir addım atıb.
"Marja"nın məlumatına görə, Şirkətdən bildiriblər ki, bir neçə illik prosesdə qurban ailələri üçün 100 milyon dollarlıq yardım ediləcək. Şirkət əməkdaşlarının da bu yardımlara töhfə verəcəyi vurğulanıb.
Sözügedən yardımların çatdırılması üçün yerli hökumət və qeyri-hökumət təşkilatları ilə də çalışacaqları bildirilən açıqlamada, pulun qurbanların ailələrinin təhsili, gündəlik xərcləri və qəzadan əziyyət çəkənlərin iqtisadi inkişafı üçün istifadə ediləcəyi qeyd edilib.
Bundan başqa açıqlamada, şirkətə cinayət işi açan ailə və şəxslərə ödəniləcək təzminatların bu 100 milyon dollara daxil olmadığı bildirilib.
BOEING 737 MAX 8 BÖHRANI
İndoneziyada Lion Hava Yollarına aid "JT 610" saylı Boeing 737 Max 8 tipli təyyarə, 29 Oktyabr 2018-ci ildə, Cakartadan Sumatra adasındakı Pangkal Pinang şəhərinə getmək üçün havaya qalxdıqdan qısa bir müddət sonra dənizə düşmüşdü. 189 nəfərin öldüyü qəza, bu tip təyyarələrin ilk qəzası kimi tarixə düşmüşdü.
Efiopiya Hava Yollarına aid Boeing 737 Max 8 tipli sərnişin təyyarəsi də, 10 Martda Addis Ababadan Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra düşmüş, təyyarədəki 157 nəfər ölmüşdü.
Efiopiyadakı qazanın ardından bir çox ölkə "Boeing 737 Max" tipli təyyarələr ilə uçuşları müvəqqəti olaraq dayandırmış və hava məkanlarını bu uçuşlara bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























