“Biz hökumətə tövsiyə edirik ki, dövlət bankının özəlləşdirilməsini tezliklə başa çatdırsın”
“Biz hökumətə tövsiyə edirik ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsini tezliklə başa çatdırsın”.
Bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.
O həmçinin qeyd edib ki, təmsil etdiyi qurum hökumətin bununla bağlı addımlarını dəstəkləyir: “Heç bir ölkədə dövlət bankının özəlləşdirilməsi asan başa gəlmir. Hazırda beynəlxalq ekspertlərin dəstəyi ilə ABB-nin sağlamlaşdırılması və özəlləşdirilməsi həyata keçirilir və biz bunu dəstəkləyirik. Bu məsələnin yekunlaşdırılması bank sektorunda rəqabət mühitini gücləndirəcək”.
Bir müddət öncə Maliyyə naziri Samir Şərifov bəyan edib ki, 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi ehtimalı azdır. “Biz, əvvəl olduğu kimi, ABB-nin özəlləşdirilməsində maraqlıyıq, lakin bu məsələdə irəliləyiş yoxdur. Prosesin cari il həyata keçiriləcəyini düşünmürəm”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 10 saat əvvəl
-
13 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
13 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
13 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
13 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb































