İsveçdə polietilen paket satışına vergi tətbiq ediləcək
2020-ci ildən başlayaraq, İsveçdə polietilen paket satışına vergi tətbiq ediləcək.
İsveç KİV-ləri xəbər verir ki, standart ölçülü polietilen paketə 3 kron (0,28 avro) daha kiçik paketlərə isə 0,3 kron (0,03 avro) vergi tətbiq olunacaq. Bunun nəticəsində standart paket alıcıya 7 krona (0,66 avroya) başa gələcək. Yeni layihənin təşəbbüskarlarının hesablamalarına görə, istehlakçılar neçə paketə ehtiyac olub-olmadığını düşünməlidir. İsveç hökuməti, polietilen paketlərin qiymətinin bu cür artması ilə Avropa İttifaqı tərəfindən müəyyən edilmiş, ildə adambaşına 40 polietilen standart uyğunluğunu təmin edə biləcəyinə inanır. “Təəssüf ki, istifadə etdiyimiz çoxsaylı polietilen paketlər ətraf mühitə ziyan vurur və dənizlərimizi çirkləndirir, həmçinin heyvanlara və bitkilərə zərər verir. Gələcəkdə buna yol vermək olmaz”, - deyə İsveçin Maliyyə naziri Per Bulünd bildirib.
Qeyd edək ki, hazırda İsveçdəki alış-veriş mərkəzləri və mağazalarda polietilen paketlər satılır. Yeni qanunla qiymətin kəskin qaldırılması nəticəsində onlardan istifadənin azaldılması nəzərdə tutulur. İlkin hesablamalara görə, yeni verginin tətbiqi ilə İsveçin dövlət xəzinəsinə illik 2,9 milyard kron ( 272 milyon avro) əlavə pul daxil olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 45 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib





























