Facebook öz kriptovalyutasını bazara çıxaracaq - PUL TRANSFERİ MÜMKÜN OLACAQ
Sosial media platforması Facebook, gələn il (2020) yeni bir kriptovalyuta vahidini bazara təqdim edəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, Facebook-dan verilən açıqlamada 2020-ci ildə bazara çıxarılacaq kriptovalyutanın "Libra" adlandırılacağı, Mastercard və Visa kimi ödəmə sistemləri tərəfindən dəstəklənəcəyi bildirilib.
Açıqlamada, Facebook-un kripto pul vahidinə əlavə "Calibra" adı verilən bir rəqəmsal kisə yaradacağı, platformanın istifadəçilərinin öz aralarında mesajlaşır kimi "Libra" transferi edə biləcəyi qeyd edilib.
Facebook açıqlamasında, "Dünyanın bir çox yerindəki insanlar ən adi səviyyədəki maliyyə xidmətlərindən istifadə edə bilmirlər. Dünyada yetkin yaşa çatanların haradasa yarısının bank hesabı yoxdur. İnkişaf edən ölkələrdə və qadınlar arasında bu nisbət daha da pisdir. İnkişaf edən bazarlarda kiçik müəssisələrin təxminən 70%-inin kreditə çıxışı yoxdur",- qeyd edib.
Açıqlamada Facebook istifadəçilərinin təqdim olunacaq yeni xidmətlə qənaət, xərc və pul transferi edə bilmələrinin hədəfləndiyi vurğulanıb.
Facebook açıqlamasında kriptovalyutanın və rəqəmsal kisənin Facebook Messenger, Whatsapp, ya da "Calibra"nın öz cib telefonu üçün proqramı üzərindən istifadə edilməsinin mümkün olacağı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















