Qazaxıstan neft istehsalını artırıb
Qazaxıstan bu ilin yanvar-may aylarında 29,1 milyon ton neft ixrac edib.
Xarici KİV-lərə xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Nazirlər Kabinetinin iclasında deyib.
Bildirib ki, 5 ayda ölkədə neft istehsalı keçən ilin eyni dövrünə görə 1 faiz artımla 36,5 milyon tona çatıb. Bu müddət ərzində ölkənin böyük neft quyularında 21,7 milyon ton neft çıxarılıb. Ümumilikdə illik neft hasilatı planı uğurla həyata keçirilib. Neft ixracı 29,1 milyon ton olub.
K.Bozumbayev qeyd edib ki, hesabat dövründə emal olunmuş neftin həcmi 5,1 faiz artaraq 6,7 milyon tona çatıb: “Yanvar-may aylarında təbii qaz hasilatı isə ötən ilin eyni dövrünə görə 1,3 faiz artaraq 23,1 milyard kubmetrə çatıb və 8,1 milyard kubmetr qaz ixrac edilib. Beş ayda Qazaxıstanda 44,1 milyard kilovat/saat elektrik enerjisi və 9 min ton uran istehsal olunub”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 55 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























