Qiymətli kağızlar bazarında növbəti mühüm mərhələ - XARİCİ İNVESTORLAR GƏLİRLƏR
Beynəlxalq investisiya şirkətləri, broker və diler şirkətləri, investisiya fondları və iri institutlar Azərbaycanın qiymətli kağızlar bazarına rahat daxil ola biləcəklər.
Bu gün Bakıda Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə dünyanın qabaqcıl beynəlxalq banklarından biri olan “Raiffeisen Bank İnternational” arasında Anlaşma Memorandumu imzalanıb.
“Marja”nı məlumatına görə, imzalanma mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, imzalanan sənəd ilə Azərbaycanın qiymətli kağızlar bazarı növbəti mərhələyə daxil olur:
“Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası və “Raiffeisen Bank İnternational” arasında bağlanan Anlaşma Memorandumunu Azərbaycan qiymətli kağızlar bazarında növbəti mərhələ sayırıq. İlk dəfədir ki, xarici kasdadiyan Azərbaycan bazarında depozit hesabı açmaq barədə niyyətini bildirir”.
İbrahim Alışov qeyd edib ki, xarici investorlar “Raiffeisen Bank İnternational” vasitəsilə Azərbaycan qiymətli kağızları ilə də əməliyyatları məsafədən həyata keçirə biləcəklər:
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
“Xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması, yerli qiymətli kağızlar bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyasının təmin edilməsi müvafiq infrastrukturun yaradılmasını tələb edir. Bu, qlobal kasdadiyanlar ilə əlaqələrin qurulması ilə mümkündür. Bunun üçün qiymətli kağızlar bazarında depozitar sistemini təşkil edən institutlarda nominal hesabların açılması labüddür. Artıq xarici investorlar kasdadiyan vasitəsilə Milli Depozit Mərkəzində açılmış nominal saxlayıcı hesablardan istifadə etməklə və təkmil klirinq hesablaşma sistemləri vasitəsilə əməliyyatlarını məsafədən həyata keçirə biləcəklər. Belə ki, Palata dünyanın ən qabaqcıl maliyyə təşkilatlarından biri olan “Raiffeisen Bank İnternational” ilə əməkdaşlığa başlayır. Bildirim ki, “Raiffeisen Bank İnternational” Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarətdən sonrakı sistemi ən yüksək səviyyədə təşkil edən maliyyə institutudur. “Raiffeisen Bank İnternational” ilə əməkdaşlıq və qarşılıqlı linklərin Milli Depozit Mərkəzi vasitəsilə qurulması beynəlxalq investisiya şirkətlərinin, broker və diler şirkətlərinin, investisiya fondlarının və iri institutların Azərbaycanın qiymətli kağızlar bazarına daxil olmalarına imkan yaradacaq”.
HESABLAŞMALAR KOMMERSİYA BANKLARI VASİTƏSİLƏ HƏYATA KEÇİRİLƏCƏK
Palatanın icraçı sədri qeyd dib ki, digər mühüm hadisə hesablaşma lirinq modelinin yeni formatıdır:
“Bu da qiymətli kağızlar bazarında atılan növbəti bir uğurdur. Yeni model qiymətli kağızlar bazarında hesablaşmaların kommersiya bankları vasitəsilə həyata keçirilməsini, hesablaşmaların rejiminin optimallaşdırılmasını və iştirakçılar arasındakı münasibətlər sisteminin tamamilə yeni və mütərəqqi formata keçməsinə səbəb olacaqdır. Qiymətli kağızlar bazarında aparılan əməliyatlar üzrə pul hesablaşmalarının kommersiya bankları tərəfindən həyata keçirilməsi bazarda bir sıra fundamental yeniliklərə səbəb olacaq.
Hesablaşmalar daha səmərəli və daha operativ olacaq. Bu, həm emitentlərin, həm də investorların xərclərini azaltmaqla yanaşı onlara likvidliyi çevik idarəetmək imkanları verəcəkdir. Yeni modelin tətbiqi nəticəsində investisiya şirkətləri ilə kommersiya banklar arasında faydalı, şəfaf qarşılıqlı etimada əsaslanın əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaranacaqdır. Hesblaşma risklərinin qarşısının alınması üçün bugünə kimi mövcud olan Milli Depozit Mərkəzində vəsaitlərin deponentləşdirilməsi zərurəti aradan qalxacaq. Yəni, bugünə kimi bizim təkrar bazarda həyata keçirən hesablaşmaları “T+0” rejimindən “T+1” rejiminə transformasiya edirik. İndiyədək investor, qiymətli kağızlar bazarında əqdləri həyata keçirilməsi üçün, öncədən vəsaitləri Milli Depozit Mərkəzinin hesabında deponentləşdirərək növbəti gün əməliyyatın keçirilməsinə nail olurdu. Bu bazarda likvidlik problemi yaradırdı. Eyni zamanda da, nəzər alsaq ki, xarici investorların olduğu ölkə ilə Azərbaycan arasında zaman fərqi var. T+0” rejimi bu baxımdan da süni manelər yaradırdı. Artıq yeni hesablaşma və klirinq modelinin tətbiqi bu proseslərin beynəlxalq standartlara uyğunlaşması deməkdir”.
Xəbər verdiyimiz kimi, bu gün Milli Depozit Mərkəzi və 4 bank arasında kollektiv saziş imzalanıb. Sazişi Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Araz Əliyev, Azər-Türk Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Xalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Kamran Məcidov, YapıKredi Bank Azərbaycan-ın İdarə Heyətinin sədri Cenk Yüksəl imzalayıblar.
Müştərilərin xəbərləri
PAŞA Kapital: Fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 55 d. əvvəl
-
-
2 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
4 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
5 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Kapital: Fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















