Azərbaycanın sığorta sektorunda xərclərin gəlirlərə nisbəti azalıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti 2018-ci ildə əldə etdiyi gəlirin 87,5%-ni xərcləyib.
Bu nisbət 2017-ci ildə 91,2% olub. Başqa sözlə, ötən il sığorta sektorunda xərclərin gəlirlərə nisbəti 3,7 faiz bəndi azalıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə xərc-gəlir nisbəti fərqlidir. 4 şirkətdə - "Atasığorta", "Azərbaycan Sənaye Sığorta", "Standard Insurance" Sığorta Şirkəti və "Atəşgah Sığorta" ASC-lərdə sözügedən nisbət 100%-dən çoxdur ki, son nəticədə onlar ötən ili zərərlə başa vurublar. Xərc gəlir nisbəti 6 şirkətdə 90-100% arasında, 6 şirkətdə 80-90% arasında, 4 şirkətdə isə 70-80% arasındadır.
2018-ci ildə gəlir-xərc nisbəti 8 şirkətdə artıb, 12 şirkətdə isə azalıb.
"Naxçıvan Sığorta" gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb.
№
|
Sığorta şirkətinin adı
| Şirkətin xərclərinin gəlirlərinə nisbəti | |
2018-ci ildə | 2017-ci ildə | ||
1 | Atasığorta | 138,9% | 93,9% |
2 | Azərbaycan Sənaye Sığorta | 122,9% | 98,6% |
3 | Standard Insurance | 107,9% | 94,8% |
4 | Atəşgah Sığorta | 101,9% | 102,6% |
5 | AXA Mbask | 99,5% | 101,3% |
6 | Günay Sığorta | 99,3% | 98,3% |
7 | Qala Sığorta | 93,8% | 105,8% |
8 | Azərsığorta | 93,0% | 92,6% |
9 | Amrah Sığorta | 91,4% | 60,7% |
10 | Qala Həyat Sığorta | 91,1% | 94,5% |
11 | İpək Yolu Sığorta | 89,8% | 85,6% |
12 | Rəvan Sığorta | 85,5% | 148,8% |
13 | PAŞA Həyat Sığorta | 82,3% | 86,4% |
14 | Azsığorta | 82,0% | 109,8% |
15 | A-Qrup Sığorta | 80,7% | 87,2% |
16 | Bakı Sığorta | 80,2% | 86,9% |
17 | PAŞA Sığorta | 78,9% | 85,2% |
18 | Xalq Sığorta | 78,5% | 84,6% |
19 | Meqa Sığorta | 78,0% | 69,1% |
20 | Atəşgah Həyat Sığorta | 73,9% | 91,6% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 87,5% | 91,2% |
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























