Azərbaycan tarixində ən iri kabel ixracı
2019-cu ilin mart ayında Sumqayıt Texnologiyalar Parkı (STP) ölkə tarixindəki ən irihəcmli kabel ixracı əməliyyatını həyata keçirməyə başlayıb.
STP-dən “Marja”ya daxil olmuş məlumata görə, bu günədək davam edən prosesdə idxalçı tərəf kimi Qazaxıstan Respublikası çıxış edir və artıq 6 avrofura məhsul sifarişçi ölkəyə yola salınıb. Müqaviləyə əsasən STP sifarişçiyə ümumilikdə 77 avrofura alçaq gərginlikli olmaqla zirehli və zirehsiz müxtəlif növ kabel məhsulları göndərəcək.
Almaniya və Rusiya kimi ölkələrdən oturuşmuş şirkətləri qabaqladıq!
2017-ci ilin oktyabr ayından başlayaraq ictimaiyyətə açıq şəkildə keçirilən və bu ilin yanvar ayında Texnoparkın qələbəsi ilə nəticələnən tenderdə Azərbaycan ilə yanaşı Almaniya, Çin və Türkiyə kimi ölkələrdən ciddi rəqib şirkətlər iştirak edib.
7 milyon dolar dəyərində layihə!
Qeyd etmək istərdik ki, ümumi dəyəri 5 milyon ABŞ dolları olan bu müqaviləyə əsasən ixrac olunacaq məhsullar Qazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 milyon ABŞ dollarını ötməsi proqnozlaşdırılır.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Xatırladaq ki, bu, Texnoparkın Qazaxıstan ilə ilk əməkdaşlığı deyil. Daha əvvəllər də STP adı çəkilən ölkə ilə bir sıra uğurlu müqavilələrə imza atıb; Şımkənt şəhərini elektrik enerjisi ilə təmin edən “BURIL” Yarımstansiyasının tikintisi, Temirtau şəhərində yerləşən məşhur “ArcelorMittal” şirkətinə məxsus metallurgiya bazasının genişləndirilməsi, Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi olan “Kızılorda” Plazanın tikintisi və Astana şəhərində “Astana-2” yarımstansiyasının bərpa işləri zamanı edilən əməkdaşlıqlar STP-nin Qazaxıstan portfelində əhəmiyyətli yerə sahibdir.
Regionun ən iri kabel zavodu!
STP-nin Kabel Zavodu 2009-cu ildən fəaliyyət göstərir və yarandığı gündən istehsal həcmi və məhsul çeşidinə görə regionun ən iri kabel istehsalçısıdır. Zavod həmçinin İfrat gərginlikli elektrik kabelləri, LAN və Fiberoptik kabel məhsullarının regionda yeganə istehsalçısıdır. Xüsusilə vurğulamaq lazımdır ki, 500 Kv-luq ifrat gərginlikli kabellər dünyada cəmi 6 ölkədə istehsal olunur.
Qeyd edək ki, regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə yanaşı xarici bazara da kifayət qədər məhsul ixrac etmək iqtidarındadır. Hazırda şirkətdə 2000 nəfər çalışır və Texnoparka daxil olan bütün müəssisələr Avropa və Yaponiya istehsalı olan ən yeni texnoloji avadanlıqlar ilə təchiz olunublar. Həmçinin Texnoparkın bütün zavodlarında Avropa istehsalı olan laboratoriyalar mövcuddur və onlar AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditə olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)










