OPEC-in qlobal neft hasilatındakı payı daha da azaldı
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı martda fevral ayı ilə müqayisədə gündəlik 534 min barel azalaraq 30 milyon 20 min barelə geriləyib.
"Marja" xəbər verir ki, OPEC-in mart ayı məlumatlarına dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı fevral ayı ilə müqayisədə gündəlik 140 min barel azalaraq təxminən gündəlik 99 milyon 260 min barel təşkil edib.
Martda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 39 min barel artımla 69 milyon 240 min barelə yüksəlib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
OPEC-in xam neft istehsalı martda fevral ayı ilə müqayisədə 534 min barel azalaraq gündəlik 30 milyon 20 min barel təşkil edib. OPEC-in cəmi qlobal neft hasilatı içindəki payı 30,2% səviyyəsinə geriləyib.
Keçən ay OPEC idaxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr Liviya, Konqo və Nigeriya olub.
Liviyada gündəlik istehsalı 196 min barel artımla 1 milyon 98 min barelə yüksəlib. Konqoda gündəlik xam neft istehsalı 23 min barel artaraq 334 min barelə, Nigeriyada 11 min barel artaraq 1 milyon 733 min barelə qalxıb.
Səudiyyə Ərəbistanı, Venesuela və İraqda isə neft hasilatı azalıb. Səudiyyə Ərəbistanıda gündəlik istehsalı 324 min barel azalaraq 9 milyon 794 min barelə geriləyib.
Venesuelada gündəlik neft istehsalı 289 min barel azalaraq 732 min barelə, İraqda isə 126 min barel azalaraq 4 milyon 522 min barelə geriləyib.
QLOBAL NEFT TƏLƏBİ
OPEC-in təxmininə görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 30 min barel azalaraq gündəlik 99,91 milyon barel olacaq.
OPEC ölkələrinin 2019-dakı gündəlik xam neft tələbinin isə 30 milyon 300 min barel olması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)














