Əmanət və depozitlərin 65%-i xarici valyutadadır - SON RƏQƏMLƏR
2019-cu ilin Fevral ayının sonunda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 22 milyard 402 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, Yanvar ayı ilə müqayisədə Fevralda depozit və əmanətlər 424 milyon manat artıb. O cümlədən, ev təsərrüfatlarının əmanətləri 139 milyon manat, qeyri-maliyyə təşkilatlarının depozitləri 421,6 milyon manat artıb, maliyyə təşkilatlarının depozitləri isə 136,3 milyon manat azalıb.
Fevralın sonunda cəmi depozit və əmanətlərin 8 milyard 214 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 534 milyon manatı maliyyə təşkilatlarına, 12 milyard 653 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.
Fevralın sonunda cəmi depozit və əmanətlərin 14 milyard 571 min manatı və ya 65%-i xarici valyuta ilə yerləşdirilib.
15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ
Ev təsərrüfatlarına məxsus 8 milyard 214 milyon manat əmanətin 4 milyard 888,2 milyon manatı və ya 59,4%-i, qeyri-maliyyə təşkilatlarının 12 milyard 653 milyon manat depozitinin 68,5%-i və ya 8 milyard 666 milyon manatı, maliyyə təşkilatlarının 1 milyard 534 milyon manat depozitinin isə 66,6%-i və ya 1 milyard 22 milyon manatı xarici valyuta ilə yerləşdirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























