"Valyutanın ölkəyə gətirilməsinə heç bir limit yoxdur, çıxarılmasına isə var"
"Valyutanın ölkədən çıxarılması iki şəkildə tənzimlənir. Bu, bir Mərkəzi Bankın, bir də Nazirlər Kabinetinin qərarına əsasən Milli Bankın xarici valyutanı gömrük sərhəddindən keçirilməsi ilə bağlıdır".
Bunu Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov deyib. O bildirib ki, 10 min dollar miqdarında xarici valyutanın ölkə ərazisindən aparılmasına icazə var: “Lakin şəxs əvvəllər bu valyutanı, misal üçün 70 min dollar ölkə ərazisinə gətiribsə, məbləğin 50 min dollarını ölkə ərazisindən çıxara bilər. Bunun üçün isə valyutanın ölkə ərazisinə gətirilməsi ilə bağlı sənəd, bəyannamə olmalıdır. Yəni şəxs sübut etməlidir ki, əvvəllər həmin şəxs tərəfindən bu valyuta ölkəyə gətirilib.
Ölkə ərazisinə valyutanın gətirilməsinə heç bir limit yoxdur, lakin ölkə xaricinə 10 min dollar məbləğində xarici valyuta çıxarılmasına icazə verilir”.
Şöbə müdirinin sözlərinə görə, milli valyutanın ölkə ərazisindən çıxarılması Nazirlər Kabinetinin qərarına əsasən, 20 min manatdan artıq olduğu təqdirdə gömrük orqanlarına yazılı şəkildə bəyan olunmalıdır: "Belə olduqda artıq miqdarda da ölkə ərazisindən milli valyutanın çıxarılmasına icazə verilir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© ONA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















