“Kristal Towers” təqdim edildi!
“Kristal Abşeron” şirkəti daha bir premium layihəsini təqdim edib.
Şirkət bu günə qədər inşa etdiyi ən premium layihəsi, gözəllik və dəbdəbənin sintezi “Kristal Towers”i 2019-cu ilin sonunda təhvil veməyi planlaşdırır. “Kristal Abşeron” bu layihədə premium müştərilərinə xitab edəcək bulvar və şəhər mənzərəli mənzillər təklif edir.
“Kristal Abşeron” bu layihəsində də istifadə edilən Avropa istehsallı brend tikinti material və aksessuarları ilə kefiyyət və təhlükəsizliyin harmoniyasını yaradıb.
Premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Kristal Towers “16 mərtəbədən ibarətdir. Burada fasad üçün nəm, istilik və soyuğa qarşı xüsusi izolyasiya edici materialdan istifadə ediləcək. Mənzillərə quraşdırılacaq İtaliya istehsalı olan 3 qat və 2 kameralı təbii taxta pəncərələr küləklər şəhərinin səs və soyuğuna, eyni zamanda nəmişliyə davamlıdır. 3,5 metr hündürlüklü mənzillər standard ölçülərdən daha artıqdır. Premium keyfiyyətin daha bir nümunəsi isə burada istifadə ediləcək Finlandiya istehsalı ən təhlükəsiz KONE liftləridir. Bina fasadı xüsusi zövqlə işlənmiş mərmər materialı ilə üzlənəcək.
“Kristal Towers”i tərk etmədən bir sıra xidmətlər sakinlərin ixtiyarında olacaq. Burada yeraltı qaraj, ticarət mərkəzi, fitness və spa mərkəzləri fəaliyyət göstərəcək. Sizi özəl hiss etdirəcək daha bir məqam isə konsyerj xidmətidir. Sevdikləriniz, ailə üzvləri və dostlarınızla gözəl şam edə biləcəyiniz gözəl məkan- qüllənin sonuncu mərtəbəsində yerləşən restoran isə zövqünüzə oxşayacaq.
Təklif etdiyi şərait və xidmətlərlə komfort nümunəsi olan “Kristal Towers” həm də yerləşmə yeri ilə sakinlərinin arzusuna çevriləcək. “Dünyagöz” klinikasının arxasında yerləşən premium layihə şəhərə və bulvara gözəl panoraması ilə seçilir. Hər səhər dənizə açılan mənzərəni seyr etməklə yuxudan oyanmağı kim istəməz ki?! Özünüzə və yaxınlarınıza bu gözəlliyi bəxş etməkdən çəkinməyin. Ən gözəl anlarınızı doya-doya yaşamaq istədiyiniz lüks apartamentlər artıq sizin ola bilər.
Kristal Abşeron – Xəyallarınızı inşa edirik!
Ətraflı məlumat üçün *1544 qısa nömrəsi ilə əlaqə saxlaya və ya www.kristalabsheron.az saytında daxil ola bilərsiniz.
https://www.facebook.com/KristalAbsheron/videos/356958528476731/
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























