Çətənənin qlobal iqtisadiyyatı sürətlə böyüyür
Narkotik kimi tanınan çətənə (marixuana, texniki çətənəyə həşiş də deyilir), əslində dərmandan kağıza, tikinti sektorundan kosmetikaya qədər onlarca sahədə az xərcli və təbiətə zərərsiz xammal kimi istifadə edilir.
Həmçinin alınan antibakteriyal ipliyindən şalvardan plastik məhsullaradək bir çox məhsul istehsal etmək mümüknüdür. QİÇS-in, xərçəng kimi bir çox xəstəliyin müalicəsində kemoterapi və radiasiyanın təsirini azaldır.
"Marja" Türkiyə mətbuatında yayımlanmış məqaləyə istinadən xəbər verir ki, bir çox ölkə çətənə istehsalına icazə verib. Türkiyə də 19 rayonda çətənə istehsalı leqallaşdırılacaq. İcazə ilə çətənə yetişdirmək istəyən fermerlərin 1 Aprel tarixinə qədər ölkənin Ərzaq Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməsi lazımdır.
Türkiyənin araşdırma şirkəti "TechnoArge" şirkəti aviasiya, avtomobil və tikinti sənayesi kimi onlarca sektora birbaşa təsir edən kompozit sənayesində "çətənə kompozitlər" ilə bağlı 3 ildir araşdırma aparır.
Dünyanın bir çox ölkəsində çətənənin istehsalında dönüş baş verir.
ABŞ, Avropa Birliyi, Kanada çətənə istehsalını və qismi tibbi məhsullarının istifadəsini qanuniləşdiriblər. Dekabr ayında Rusiyada tibbi çətənə leqallaşdırılıb. Hollandiya, Fransa əkin sahələrini artırmışdır. Çində də daim artır. Yunanıstanda 2018-ci ildə 30 min hektar əkin aparıldığı bilinir. Bolqarıstanda 60 min hektar əkin həyata keçirilib.
2017-ci ilin Mart ayında çətənəni qanuniləşdirən Almaniyada, dövlət çətənə istehsalçılarının gələcək 4 il ərzində ən azı 10 min 400 ton səviyyəsində istehsala nail olmaları üçün dəstək layihələri açıqlayıb. Almaniya bu səviyyəyə çatmaq üçün 79 lisenziyalı istehsalçı ilə görüşlər keçirib.
Məsələn, ABŞ-da Arizona ştatı sektoru izləyir. Ştatın açıqladığı rəsmi hesabatlara görə, 2018-də çətənə əkini və əlaqəli məhsulların satışı 41% artımla 400 milyon dolları aşıb.
Tibbi məqsədli çətənə və yan məhsulları istehsal edən şirkətlər birjalarda xalqa açıq vəziyyətdədir.
Kanadada Toronto birjasında yer alan "Weed" kodlu şirkətin bazar böyüklüyü 21,4 milyard Kanada dolları, yəni 16,05 ABŞ Dolları böyüklüyünə çatmış vəziyyətdədir. Kanada birjalarında çətənəyə investisiyası olan 137 şirkətin ümumi bazar böyüklüyü isə 48,8 milyard dolları aşıb. ABŞ-da NASDAQ birjasında ticarət olunan şirkətlər də var. Ancaq bu şirkətlərin ABŞ-da əməliyyatlarının olmasına qanuni olaraq icazə verilmir.
"Bloomberg"də yer alan bir xəbərdə, ABŞ-da çətənədən alınan məhsulların bazarının 2022-ci ildə 20 milyard dolları aşacağı nəzərdə tutulub. 2018-də isə 200 min adamın işlə təmin edildiyi bazardan 11 milyard dollar gəlir götürülüb. ABŞ-da federal hökumət qanuni çətənə istehsalına bağlı şirkətlərdən topladığı vergi 57 faiz artımla 1,04 milyard dollar təşkil edib.
İsrail Parlamenti 27 Yanvarda çətənə və məhsullarının ixracına razılıq verib.
Ancaq iqtisadi sahədə dəyişikliyə qarşı reaksiyalar da var.
NİŞ BAZARLAR
Çətənədən əldə edilən CBD əsaslı məhsullardan niş bazarlar da yaradılıb. Bu məhsullar olduqca yüksək əlavə dəyər ilə bazara çıxarılır. "HERB Essntls" nəmləndirici krem 60 dollardan, "Vertyl" marka dodaq kremi 22 dollardan, bir qutu dezodorant 20 dollardan satılır. CBD ehtiva edən göz qələmi, rimel isə 24 dollardır.
Çətənə, yemək və içki brendləri tərəfindən də kəşf edilib. "Lord Jones Gumdrops" markalı şirniyyat 45 dollardan satışa təqdim ediliri. "Recess" sodanın 1 qutusu 30 dollara satılır.
Çətənədən alınan məhsullar təkcə insanlar üçün deyil, ev heyvanları bazarında da istifadə edilir. "Treatibles" marka pişik maması 32 dollara satılır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










