Ələt azad iqtisadi zonası üçün 3 qanun və 1 məcəlləyə dəyişiklik edildi
Prezident İlham Əliyev, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Dəyişikliyə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab ediləcəkdir və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilib:
"Ələt azad iqtisadi zonasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilib:
"Ələt azad iqtisadi zonasında məşğulluqla bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:
“Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:
“Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 2 d. əvvəl
-
-
16 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

































