Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası Bakıda keçiriləcək
Madriddə (İspaniya) Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında qurumun İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının bu ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.
Agentlikdən verilən xəbərə görə, imzalanma mərasimində F.Nağıyev hər kəsi Bakıya, Azərbaycana dəvət edərək ölkənin yeni turizm brendinin konsepsiyasına uyğun olaraq Azərbaycana bir daha yenidən baxmağa, zəngin tariximizi, mədəniyyətimizi, dadlı mətbəximizi, fərqliliyimizi, qonaqpərvər və mehriban insanlarımızı yenidən tanımağa çağırıb.
110-cu sessiyada dünyanın 35 ölkəsindən turizm üzrə nazirlərin iştirakı gözlənilir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti bu gündən başlayaraq yanvarın 27-nə qədər Madriddə keçirilən ənənəvi “FİTUR” beynəlxalq turizm sərgisində iştirak edəcək. Sərgi çərçivəsində şərab turizm mövzusunda beynəlxalq konfrans da keçirilir.
Şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olması, Azərbaycanın şərab məhsullarının dünya miqyasında daha çox tanıdılması və ixracının dəstəklənməsi baxımından sərgi çərçivəsində təşkil olunacaq şərab turizmi üzrə tədbirdə Dövlət Turizm Agentliyinin də iştirakı əhəmiyyət kəsb edir.
Artıq 39 ildir ki, “FİTUR” sərgisi turizm mütəxəssisləri üçün qlobal görüşmə nöqtəsi hesab olunaraq ibero-amerikan bazarları ilə ticarət əlaqələri baxımından aparıcı rola malikdir. Təkcə 2018-ci ildə sərgiyə dünyanın 165 ölkə və regionundan 10 190 sərgi iştirakçısı qatılıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























