Böyük mənfəət əldə etsə də, vergi ödəməyib
“Akkord Sənaye Tikinti Korporasiyası” ASC 2017-ci ilin 30 milyon 520 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, ASC 2016-cı ili 6 milyon 338 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, şirkətin xalis mənfəəti 5 dəfəyə yaxın artıb.
“Marja” ASC-nin audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 131 milyon 227 min manat olmuş gəlirlər 2017-ci ildə 228 milyon 860 min manata yüksəlib (74,4% artıb).
Ötən il ərzində “Akkord”un cəmi xərcləri (satış xərcləri, ümumi və inzibati xərclər, maliyyə xərcləri və.s) 198 milyon 340 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra şirkətin 30 milyon 520 min manat mənfəəti qalıb. Mənfəətdən vergi ödənilməyib.
Maliyyə hesabatına müsbət rəyi "Abak-Az Crovve Ltd" şirkəti verib.
31 Dekabr 2017-ci il tarixində “Akkord Sənaye Tikinti Korporasiyası” 1 milyard 373 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2016-cı ilin sonunda 1 milyard 224 milyon manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
12 d. əvvəl
Məhsul və xidmətlərin ödənişini 35 aya qədər hissələrlə qaytar - “Böl-ödə” krediti
-
18 d. əvvəl
Daha 8 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VƏ YA GƏLİR VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
19 d. əvvəl
7 obyekt icarə müsabiqəsinə çıxarılıb - aylıq icarə qiyməti 30 manatla 130 manat arasında dəyişir
-
23 d. əvvəl
“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir
- 26 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
Tibbi avadanlıqlar üzrə qlobal şirkət Azərbaycanda rəsmi distribütor təyin etdi - Saziş Dubayda imzalandı
Ən çox oxunanlar
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb



























