Ukrayna Azərbaycana satdığı konservləşdirilmiş balığın dəyərini açıqladı
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ukraynadan 903 min ABŞ dolları dəyərində 458 ton hazır və konservləşdirilmiş balıq məhsulları idxal edib.
Bu barədə Ukraynanın Dövlət Balıq Təsərrüfatı Agentliyi məlumat yayıb.
Məlumata görə, 9 ay ərzində Ukrayna ümumilikdə 6 mln. dollar dəyərində hazır və konservləşdirilmiş balıq məhsulları ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.
Xarici bazarlara çıxarılmş məhsulların ümumi həcmi isə 3,4 min ton olub.
Ukraynadan ən çox hazır balıq məhsulunu Moldova alıb - 1,3 mln. dollar dəyərində 893 ton. Belarusa 672 min dollar dəyərində 505 ton, Gürcüstana 590 min dollar dəyərində 552 ton, İsrailə 378 min dollar dəyərində 120 ton, Qazaxıstana 269 min dollar dəyəriondə 214 ton, Ermənistana isə 212 min dollar dəyərində 264 ton balıq göndərilib.
Onu da qeyd edək ki, Ukrayna 2017-ci ildə ümumi dəyəri 7,3 mln. dollar olan 5 min ton hazır və konservləşdirilmiş balıq ixrac edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
17 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI






















