Hər ay DSMF-yə ödənməli olan ödənişlərin məbləğləri artırılır
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin hər ay DSMF-yə ödəməli olduqları icbari ödənişlərin məbləği artırılır. Fiziki şəxs qeydiyyatda olduğu yerdən asılı olmayaraq eyni məbləğləri ödəyəcəklər.
"Marja" xəbər verir ki, "Sosial sığorta haqqında" Qanuna təklif olunan dəyişikliklərə əsasən
14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.5.1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi (65 manat), digər sahələrdə 25 faizi (32.5 manat) miqdarında;
14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi (325 manat) miqdarında;
14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
14.5.5. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;
14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin(digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi (7.80 manat) miqdarında.
14.6. Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Hazırda qüvvədə olan məcburi dövlət sosial sığorta haqqı məbləğiləri: ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin 100%-i yəni 65 manat (Bakıda), Sumqayıtda və Gəncədə 58.5 manat, Respublika tabeli şəhərlərdə 52 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 39 manat, kəndlərdə 32.5 manat.
Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 20 faizi məbləğinin Bakıda 100%-i (26 manat), Sumqayıtda və Gəncədə 90%-i (23.4 manat), Respublika tabeli şəhərlərdə 80%-i (20.8 manat), rayon mərkəzlərində digər şəhər və qəsəbələrdə 60%-i (15.6 manat), kəndlərdə 50%-i (13 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 12 saat sonra
-
-
3 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 4 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
6 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























