Hacı İbrahim Nehrəmlinin qardaşının aldatdığı şəxslərin adları açıqlanıb - SİYAHI
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işinin bəzi detalları məlum olub.
İstintaq dövründə S.İbrahimova qarşı Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, onun barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynovun işi ilə birgə aparılıb, lakin daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.
İttiham aktına əsasən, “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olmaqla təsisçi olan S.İbrahimov qardaşı İ.Nehrəmliyə məxsus “Avesta”nın binasında fəaliyyət göstərib. O, təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satmaqla məşğul olub.
S.İbrahimov Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kvadratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. O, Q.Rüstəmova isə “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binadan mənzil verəcəyini deyərək aldadıb və pulunu mənimsəyib.
Həmin şirkətin direktoru Məzahir Cəfərov isə Q.Rüstəmovdan 62 min manat pul alaraq “RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satılması ilə bağlı saxta sənədlər verib. Həmin mənzil isə “RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.
Eyni üsulla S.İbrahimov vətəndaş Sədaqət Əsədullayevdən 75 500 dollar, İlqar Quliyevdən 81 000 dollar, Etibar Allahverdiyevdən 162 400 dollar, Mübariz Kazımovdan 96 400 dollar, Həlimə Ocaqverdiyevdən 58 431 manat, Habil Süleymanovdan 178 000 dollar, Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat və dgər şəxslərdən oxşar məbləğlərdə pullar alaraq dələduzluq yolu ilə mənsiməyib. O, həmin vətəndaşlara saxta sənədlər əsasında ev satdığını qeyd edən arayışlar verib. Lakin həmin evlər daha əvvəl başqa şəxslər tərəfindən əls sahiblərinə satılıb.
Bundan başqa, S.İbrahimov Teymur Əliyev küçəsində yerlşən Zabir Hüsyenovdan villasını 2,6 milyon dollara alacağını vəd edib. O, həmin şəxsə 500 min dollar nağd pul və 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya - hərəsinə bir mənzil satdığını qeyd edilən saxta sənədlər təqdim edib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərin adına olduğu müəyyənləşib.
Həmçinin S.İbrahimov 1,5 milyon manatı vergidən yayınaraq ödəməməkdə ittiham olunur.
Belə ki, o, Bakı şəhəri, Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib. 2012-2014-cü illər ərzində 1 milyon 438 min 925 manat pulu vergidən yayınmaqla ödəməyib.
Cinayət materiallarına əsasən, S.İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziyanı almayıb. Buna görə də qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.
Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























