Azərbaycan 216 min dollar məbləğində qol saatlarını təkrar ixrac edib
Qol saatlarının istehsalı və ixracı dövlət iqtisadiyyatının yüksək texnoloji səviyyəsinin göstəricisidir. Dünyada saat ixracı ilə çox ölkə məşğuldur: İsveçrə, Yaponiya, Rusiya... Ötən ildən bir naməlum Azərbaycan şirkəti qol saatlarının ixracı ilə məşğul olub. Turan agentliyinin araşdırması göstərir ki, Azərbaycandan ixrac olunan saatlar əvvəllər ölkəyə idxal edilən saatlardır. Yəni, bəlli olmayan bir şirkət təkrar ixrac ilə məşğul olur.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkədən 215,6 min ABŞ dolları məbləğində qol saatları və onların komponentləri ixrac edilib. DSK 2018-ci il üçün məlumat təqdim etməyib. 2015-ci ildə həmin mal qrupu üzrə ixrac 79,2 min dollar göstərilib. 2016-cı ildə isə ölkədən 72,1 min dollar məbləğində qol saatları və onların komponentləri ixrac edilib. Görüldüyü kimi, saat ixracı biznesi əvvəlki illərdə də olub, ötən il isə ixracın həcmi üç dəfə artıb. DSK ixracatçı şirkətin adını açıqlamır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Bu məhsulun ixracı idxala görə xeyli azdır, çünki qol saatları və onların komponentləri Azərbaycana daxili istehlak üçün gətirilir. 2017-ci ildə 9 mln. 496,4 min dollarlıq idxal edilib. 2015-ci ildə 4 mln. 567 min, 2016-cı ildə 7 mln. 939,3 min dollar məbləğində idxal edilib.
Ardıcıl olaraq, hər il Azərbaycana gətirilən saatların və onların komponentlərinin bir hissəsi satış üçün başqa ölkələrə ixrac edilib.
"Rolex" şirkətinin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, Azərbaycandan saat ixrac edilmir və bununla məşğul olan şirkəti tanımırlar.
"Youtube" şəbəkəsində bir reklam çarxı aşkar edilib: rusiyalılara siferblatında Azərbaycan və Türkiyənin bayraqları təsvir edilmiş qol saatlarını Azərbaycandan almaq təklif olunur.
https://www.youtube.com/watch?v=N3QRg90TV1k
Adı açıqlanmayan şirkət yüksək keyfiyyət və birillik zəmanəti təmin edir. Rusiyaya çatdırılma pulsuzdur. Ancaq təklif olunan məhsulun Azərbaycan ərazisində hazırlanması barədə məlumat yoxdur.
https://www.youtube.com/watch?v=WoVgRvrAVkE
2017-ci ildə Azərbaycanın "BrailleX İT" şirkəti mətbuata bəyan etmişdi ki, görmə qabiliyyəti məhdud insanlar üçün Braille Watch "ağıllı saatlar"ı hazırlanır. Şirkətin rəhbəri Səyyad İbrahimovun sözlərinə görə, Braille Watch prototipi 2017-ci il fevralın sonunadək təqdim ediləcək, payızda isə kütləvi istehsala buraxılmaq üçün hazır olacaq.
2018-ci ilin sentyabrında həmin şirkət bu məhsulların istehsalı barədə məlumat verib.
"BrailleX" şirkətinin təsisçilərindən biri Səyyad İbrahimov bildirib ki, şirkət ABŞ-da yaradılıb və görmə qabiliyyəti məhdud insanlar üçün "ağıllı saatlar"ın nümunələrini hazırlayıb. Kütləvi istehsal yoxdur. Şirkətin Azərbaycan ixracına heç bir aidiyyəti yoxdur.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Turan
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























