"Bakı üçün 1700 avtobus lazımdır"
Bakı üçün 1700 avtobus lazımdır. Say 2100-dən 1700-ə endiriləcək.
"Marja" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli bildirib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
"Bizim planlaşdırdığımız strategiya var. Hazırda Bakıda 2100 avtobus fəaliyyət göstərir. 2100 avtobusun bir çoxu təkrarlanır. Bu ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, ekologiyanın çirklənməsidir. Ölkə rəhbəliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazdan, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulub. Bu, bizim təklifimizdir. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir az çox avtobus sıxılmış təbii qazla işləyən avtobuslar olacaq. Hər il mərhələli şəkildə avtobus parkını yeniləməkdə davam edəcəyik. Bizim mütəxəssislərimizin hesablamalarına görə, Bakı üçün 1700 avtobus lazımdır. Say 2100-dən 1700-ə endiriləcək. Bu da xətlərin optimizasiyası, dayanacaq yerlərinin dəyişdirilməsi, yeni yolların salınması, müəyyən marşrut xətlərinin uzadılması, bəzilərinin xətdən çıxarılması hesabına baş verəcək. Biz bunları 3 il ərzində reallaşdırmağı planlayırıq. Biz işə başlayanda cəmi iki daşıyıcının qaraj təsərrüfatı vardı. Bu gün 11-ə yaxın daşıyıcı həm hüquqi şəxs statusuna keçib, həm də qaraj təsərrüfatı var. Tələblər qəbul olunduqdan sonra hansılarla yola davam edəcəyimizi aydınlaşdırcağıq. Biz daşıyıcılarla görüşlərdə də demişik ki, bizim istəyimiz vətəndaşın rahat, təhlükəsiz, üzügülər şəkildə mənzil başına çatmasıdır. Hazırda daşıyıcılar bunu təmin edə bilmir. Demək edə bilmirsə, dövlətimiz bunun qeydinə qalacaq və tam nəzarətə götürəcək. Bundan heç bir şübhəniz olmasın",- Vüsal Kərmli deyib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Modern
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 32 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























