Gömrük ödənişlərindən yayınan şirkətlərin adları açıqlandı
"Bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etmir, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışılar".
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.
Məlumatda bildirilir ki, 5 723 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO" MMC, 7 354 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo" MMC və 2 243 manat əlavə ödəniş etməli olan "Capital-Motors" MMC barəsində toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34 502 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group" MMC, 56 574 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia" MMC, 36 847 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo" MMC və 4 274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Dincer və Carcioğlu" şirkəti barəsində məlumatlar isə DGK-nın Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub.
"Casamia" MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group" QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10 916 avro fərq yarandığı müəyyən olunub.
İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin məbləğini aşağıdakı cədvəldə aydın görmək mümkündür.
Hüquqi və fiziki şəxslər | Təqdim olunan invoysda qiymət | Orijinal invoysda qiymət | Fərq |
Məmmədov Zamiq | 20 677 ABŞ dolları | 39 600 ABŞ dolları | 18 923 ABŞ dolları |
"Gold Climate" şirkəti | 70 000 ABŞ dolları | 180 000 ABŞ dolları | 110 000 ABŞ dolları |
"Mery Pharma" MMC | 10 042 ABŞ dolları | 14 400 ABŞ dolları | 4 358 ABŞ dolları |
"NKM-2015" MMC | 16 220 ABŞ dolları | 25 391 ABŞ dolları | 9 171 ABŞ dolları |
"Bermud A.Y.T" şirkəti | 22 427 ABŞ dolları | 12 355 Avro | 204 411 manat |
"NKM-2015" MMC | 14 860 ABŞ dolları | 25 465 ABŞ dolları | 10 605 ABŞ dolları |
"NKM-2015" MMC | 15041 ABŞ dolları | 27 822 ABŞ dolları | 12 781 ABŞ dolları |
"NKM-2015" MMC | 24543 ABŞ dolları | 44 782 ABŞ dolları | 20 239 ABŞ dolları |
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.
“DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
32 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
38 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
41 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır





















