"Gilan"ın bankının vəziyyəti məlum oldu
“AFB Bank” ASC 2018-ci ilin 9 ayını 7 milyon 461 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 11 milyon 312 min manat zərər ilə bağlamışdı. “AFB Bank” 2017-ci ili 12 milyon 186 min manat zərər ilə başa vurmuşdu.
Bankın faiz gəlirləri, əməliyyat mənfəəti artıb, ehtiyatlara ayırması azalıb.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-sentyabr dövründə “AFB Bank”ın faiz gəlirləri 26 milyon 933 min manat, qeyri-faiz gəlirləri 7 milyon 933 min manat təşkil edib.
Faiz və qeyri-faiz xərcləri cəmi gəlirlərdən çıxıldıqdan sonra Bankın 18 milyon 499 min manat əməliyyat mənfəəti qalıb. Bank əməliyyat mənfəətinin 11 milyon 38 min manatını ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyata ayırıb. Beləliklə, “AFB Bank” 9 ayı 7 milyon 461 min manat xalis mənfəətlə başa vurub.
2017-ci ilin 9 ayında Bankın faiz gəlirləri 17 milyon 912 min manat, qeyri-faiz gəlirləri 8 milyon 643 min manat, əməliyyat mənfəəti 13 milyon 992 min manat, ehtiyatlara ayırma 25 milyon 304 min manat təşkil etmişdi.
DEPOZİT VƏ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ GƏLİRLƏR KƏSKİN ARTIB
"AFB Bank"ın faiz gəlirlərinin artması bankın digər banklara yatırdığı depozitlərdən gəlirlərinin və qiymətli kağızlara investisiyalardan gəlirlərinin artmasıdır. Cari ilin yanvar-sentyabr dövründə kreditlər üzrə faizlər 15 milyon 871 min manat, banklarda depozitlərdən gəlir 4 milyon 523 min manat, ticarət qiymətli kağızları üzrə gəlir 6 milyon 118 min manat təşkil edib.
Ötən ilin yanvar-sentyabr dövründə kreditlər üzrə faizlər 14 milyon 713 min manat, banklarda depozitlərdən gəlir 1 milyon 422 min manat, ticarət qiymətli kağızları üzrə gəlir 1 milyon 391 min manat təşkil editmişdi.
Həm faiz gəlirlərinin artması, həm də ehtiyatlara ayırmanın azalması Bankın mənfəətə çıxmasını təmin edib.
BANK BÖYÜYÜB
30 Sentyabr 2018-ci il tarixində “AFB Bank” 420 milyon 41 min manat cəmi aktivlərə, 346 milyon 240 min manat cəmi öhdəliklərə və 73 milyon 801 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “AFB Bank” 349 milyon 499 min manat cəmi aktivlərə, 281 milyon 919 min manat cəmi öhdəliklərə və 67 milyon 579.9 min manat cəmi balans kapitalına malik idi.
“AFB Bank” ASC-də müştərilərə verilmiş kreditlər ötən ilin Sentyabr ayının sonundakı 219 milyon 882 min manatdan 30 Sentaybr 2018-ci il tarixində 206 milyon 461 min manata düşüb.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
3 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
4 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"























