"Onlarla qayda Palataya göndərilmişdi, amma təstiq olunmurdu"
"Palatada strukturun dəyişilməsi ilə yeni bir nəfəs gələcək"
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Mustafa Abbasbəylinin müsahibəsini təqdim edirik.
-Sığorta sahəsində nə yeniliklər var?
-Sığorta sahəsində hal hazırda çox yeniliklər var. Bazar dinamik inkişaf edir. Ümumiyyətlə sığorta bazarı stabil inkişaf edəndir. Təxminən 10-15% hər il inkişaf göstərir. Amma bu il bazar daha geniş miqyaslı inkişaf edib. Belə ki, keçən ilin eyni dövrü ilə müqaisə eləsək sığorta bazarı təxminən 40% artıb. Bu o deməkdir sığorta bazarı görünməyən artıma imza atıbdır. Təbii ki, bu da bizi çox sevindirir.
-Maliyyə Bazarlarına Nəzarət Palatasında dəyişiklər baş verib. Sığorta sahəsində dəyişiklər olacaqmı?
-Birmənalı olacaq. Biz artıq bu dəyişikləri hiss eləməyə başlıyırıq. Çünki artıq uzun müddətdir sığorta vasitəçilərinə verilməyən lisenziyalar artıq verilməyə başladı. 63 yeni lisenziya verildi və bu proses də davam etdirilir. Həm fiziki həm də hüquqi şəxs vasitəçilərinə lisenziyalar verilməyə başladı. Bu sığorta bazarında müsbət bir effektdir. Elə adamlar var idi ki, illərnən cavab gözləyirdi. Bundan əlavə, sığorta bazarı qərarı gözləyən bir çox məsələlər var. Burada müxtəlif sığorta növlərinə qaydaların təstiqi, yəni sığorta şirkəti yeni bir sığorta növü ilə məşğul olmaq istəyir. Qanunvericiliyə əsasən sığorta növləri üzrə qaydalar tərtib olunmalıdır, bu nəzarət orqanında təstiq edildikdən sonra sığorta şirkəti bu fəaliyyət növü ilə məşğul olmağa başlayır. Təsəvvür edin ki, onlarla elə bir qayda sığorta şirkətləri tərəfindən nəzarət orqanlarına göndərilmişdi, amma təstiq olunmurdu. Artıq biz yaxın günlərdə həmin o qaydaların təstiqini gözləyirik. Bundan əlavə olaraq, sığorta şirkətlərin maraqlandıran bir çox investisiya qaydaları var, hansı ki, sığorta şirkətlərin fəaliyyətinin tənzimləyən önəmli qaydalardan biridir. Sığorta ehtiyatların hesablanması üzrə qaydalar var. Bu qaydalarda ciddi dəyişiklik edilməsi təklif olunub, sığorta şirkətlər tərəfindən. Bu dəyişiklərin təstiqini biz yaxın günlərdə gözləyirik. Ümumilikdə isə təbii ki, sığorta bazarını tənzimləyən əsas amillərdən biri dövlətin bu sahədə olan stimullaşdırıcı istiqamətidir. O da ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından asılıdır.
-Palatada nə dəyişiklik gözlənilir?
-Palatada strukturun dəyişilməsi ilə düşünürəm ki, yeni bir nəfəs gələcək. Nəinki sığorta bazarına eyni ilə bank və qiymətli kağız sektoruna yenilik olacağına düşünürük.
-Palatada struktur dəyişiləndən sonra hansı işlər görülüb?
-Artıq ilk addımlar atılıb. Bizim nəzarət orqanı ilə sıx kommunikasiyamız var. Sığorta şirkətlərin bizim vasitə ilə otuza yaxın müxtəlif təkliflər irəli sürülmüşdür. Burada yeni sığorta məhsulların hazırlanması, yeni icbari sığorta növlərinin yaranması, bir çox sığorta bazarında olan qanunvercilikdə müəyyən dəyişilmə məsələsi var. Otuza yaxın məsələlər varıydı ki, onların həlli mümkün olmurdu. Amma artıq onların həlli ilə bağlı bizim nəzarət orqanı ilə kommunikasiya başlayıb. Biz düşünürük ki, bu məsələləri yaxın müddətdə nail ola biləcəyik.
-İli könə olan nəqliyyat vasitələrini sığorta şirkətləri kasko etmək istəmir. Bunun səbəbi nədir?
Avtomobilin ili könə olduğu üçün həmin sığorta növü üzrə sığorta baş vermə ehtimalına təsir edən bir amil olduğu üçün adətən şığorta şirkətləri köhnə avtomobilləri ya sığortaya cəlb etmirlər ya da ki daha yuxarı tariflə sığortaya cəlb edirlər.
-Fiziki şəxslərin tibbi sığortası olunurmu?
Tibbi sığorta yığımlara görə ilk üçlükdə-dörtlükdə olan sığorta növüdür. Amma şığorta şirkətləri korporotiv şəkildə tibbi sığortaya cəlb edilməkdə üstün sayıllar. Yəni başqa sözlə desək, sığorta şirkətləri bir müəssənin işçilərini çox rahat sığortaya cəlb etmək istəyirlər, amma fərdi olaraq tibbi sığortaya hər sığorta şirkətinin belə bir məhsulu yoxdur. Çünki individual yanaşdıqda kifayət qədər zərərli sığorta növüdür. Təsəvvür edin ki, siz hər hansı bir şirkətin işçisi olaraq illik 500 manat əldə etdiyiniz sığortanı siz tək fiziki şəxs olaraq sığorta şirkətinə müraciət etsəz bu 1500 manat əldə edəcəksiz. Korporativ və fərdi tibbi sığortanın əldə etmə arasında çox ciddi qiymət fərqi var. Amma etmirlər deyə belə bir şey yoxdu. İstənilən şirkət istəsə bunu edə bilər.
-İşə qəbul zamanı işçi necə sığortalanmalıdır?
Burada bir neçə sığorta növündən söhbət gedir. Hal hazırda Azərbaycanda istehsalatda bədbəxt hadisələr peşə əmək qabiliyyətindən itirilməsindən icbari sığorta var. Azərbaycanda bütün idarə və müəssələrin bütün işçiləri bu sığorta növü ilə icbari qaydada sığorta olunmalıdır. Bundan əlavə olaraq qeyd etdyimiz tibbi sığorta məsələsi var o da könüllüdür. Xaricdə və bizdə bəzi böyük sığorta şirkətləri bu ənanəyə sahib olublar öz işçi heyətini könüllü şəkildə tibbi sığorta ilə təmin ediblər.
-Digər Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda sığortaya o qədər də önəm vermirlər. Bunun səbəbi nədir?
Bu sual bazarın ən ağırlı problemidir. Bir çox səbəbləri var. Birncisi: təfəkkürdə olan köhnə sığorta sistemidir. İnsanlar sığortaya formal olaraq baxırlar. İkincisi: Sığorta elə bir sahədir ki, bu gün bəzi hallarda şirkətlərdən asılı olmur. Məsələn bankın müştəriyə göstərilən xidmətin 99% bankdan asıldır. Amma sığorta şirkətinin müştəriyə göstərdiyi xidmətin bəlkə də 40% şirkətdən asılıdr. Qalan 60% isə Dövlət Yol Polisindən, FHN-dən, tibb, təmir və.s müəssələrindən asıldır. Yəni DYP-da sürücü arayışı 1 günə deyil 5 günə alırsa günahkar sığorta şirkəti hesab olunur. Xəstəxanada tibbi müalicəni keyfiyyətsiz edəndə bu sığorta şirkətinin görsətdiyi xidmətə yamsıyır. Təmir müəsssində avtomobili yaxşı təmir etməyəndə insanlar sığorta şirkətlərindən haqsız olaraq narazı qalırlar. Amma etiraf etmək lazımdır ki, sığorta şirkətlərində də müəyyən qədər xidmət keyfiyyətində problemləri var. Bu problem hər ildən ilə azalmağa doğru gedir və biz inkişafı görürük.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Fins
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 26 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
2 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
2 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
3 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
3 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















