“Nikoil Bank”ın vəziyyəti məlum oldu
“Nikoil Bank” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Bankın gəlirləri və əməliyyat mənfəəti artıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Nikoil Bank"ın cəmi gəlirləri (faiz və qeyri-faiz) 55 milyon 900 min manat, cəmi xərcləri isə 27 milyon 651 min manat təşkil edib. Nəticədə 28 milyon 248 min manat əməliyyat mənfəəti yaranıb. Bu ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 108 milyon 149 min manat ayırıldığından, bank 79 milyon 901 min manat zərər edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-sentyabr dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 51 milyon 390 min manat, cəmi xərcləri isə 29 milyon 826 min manat təşkil etmiş, nəticədə, 21 milyon 562 min manat əməliyyat mənfəəti əldə edilmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 21 milyon 689 min manat ayırıldığından, ötən ilin 9 ayını 140 min manat zərər ilə bağlamışdı. Beləliklə, 2017-ci ilin 9 ayının yekunu ilə müqayisədə cari ilin 9 ayında Bankın xalis zərəri 570 dəfə artıb.
Bankın böyük məbləğdə zərər etməsi gecikmədə olan kreditlərə görə ehtiyatın yaratması ilə bağlıdır. Müştərilərə verilmiş kreditlərin müəyyən hissəsinin bata biləcəyi ehtimal edilir. Ehtimal reallaşmasa ehtiyatlara ayrılan vəsait gəlirə əlavə ediləcəkdir.
Xatırladaq ki,“NikoilBank” 2017-ci ili 2 milyon 708 min manat, 2016-cı ili 148 milyon 538,8 min manat zərər ilə başa vurmuşdu. Bank ehtiyatlara 2016-cı ildə 198 milyon 518 min manat, 2017-ci ildə isə 31 milyon 198 min manat ayırmışdı.
Bankın nizamanmə kapitalı 296 milyon manat təşkil etsə də, yığılmış 230 milyon 140 min manata zərərə görə cəmi kapital aşağı düşüb. 30 Sentyabr 2018-ci il tarixində "Nikoil Bank"ın məcmu kapitalı 73 milyon 95 min manat təşkil edib.
AKTİVLƏRİ CÜZİ AZALIB
30 Sentyabr 2018-ci il tarixində “Nikoil Bank” ASC 407 milyon149 min manat cəmi aktivlərə, 337 milyon 864 min manat cəmi öhdəliklərə və 69 milyon 285 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “Nikoil Bank” ASC 410 milyon 684 min manat cəmi aktivlərə, 369 milyon 480 min manat cəmi öhdəliklərə və 41 milyon 203 min manat cəmi balans kapitalına malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin Sentyabr ayının sonundakı 292 milyon 124 min manatdan 293 milyon 161 min manata yüksəlib (30 Sentyabr 2018-ə olan məlumat).
ŞƏRH
“Nikoil Bank”ın gəlirlərinin az da olsa artmasına baxmayaraq problemli kreditlərə görə yaradılan ehtiyat gəlirin silinməsinə və kapitalın "əriməsinə" səbəb olur. Əgər 2018-ci ilin 4-cü rübündə ehtiyatlara ayırmalar 30 milyon manat civarında artarsa Bankın məcmu kapitalı 50 milyon manatdan aşağı düşə bilər.
Digər tərəfdən, Bankın nizamnamə kapitalı artırıla bilər. Həmçinin, "TBC Kredit" bank olmayan kredit təşkilatının “Nikoil Bank”a birləşəcəyi gözlənilir. Kreditlərə görə ehtiyatın yaradılması bu il başa çata və Bank gələn ildən mənfəətlə işləyə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 57 d. əvvəl
-
1 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
20 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
21 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
21 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!




















