"Günay Bank" mənfəətini artırmağı nail olmayıb - VƏZİYYƏTİ MƏLUM OLDU
“GünayBank” ASC 2018-ci ilin 9 ayını 1 milyon 910 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin eyni dövründə 2 milyon 79 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, “GünayBank”ın qazancı 8,2% azalıb.
“Marja” Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “GünayBank”ın faiz gəlirləri 6 miyon 482 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% çoxdur. Bank 2017-ci ilin yanvar-sentyabr dövründə 5 milyon 170 min manat faiz gəliri əldə etmişdi.
Bankın kreditlər üzrə faiz gəlirləri ilə bərabər digər banklarda yerləşdirilmiş depozitlərdən gəlirləri də artıb.
Müqayisə olunan dövrdə “GünayBank”ın qeyri-faiz gəlirləri 5 milyon 565 min manatdan 7 milyon 75 min manata yüksəlib (27% artım).
Faizlər və onlara bağlı xərclər cari ilin yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 3 milyon 408 min manata, qeyri-faiz xərcləri isə 74,4% artaraq 4 milyon 816 min manata yüksəlib. Bankın əməkhaqqı xərcləri 690,5 min manatdan 1 milyon 466 min manata, bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər isə 856,7 min manatdan 1 milyon 649 min manata çatıb.
Cəmi gəlirlərdən cəmi xərclər çıxıldıqdan sonra “GünayBank”ın 5 milyon 333 min manat əməliyyat mənfəəti qalıb. 2017-ci ilin 9 ayında əməliyyat mənfəəti 5 milyon 117 min manat təşkil etmişdi.
“GünayBank” ehtiyatlara 3 milyon 423 min manat ayırdığından 9 ayı 1 milyon 909 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin 9 ayı ərzində ehtiyatlara 3 milıyon 37 min manat ayırmışdı.
“GünayBank”ın cəmi gəlirləri artsa da artan xərclər və ehtiyatlara ayırmalara görə qazancını artıra bilməyib.
KREDİT PORTFELİ CÜZİ ARTIB
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin Sentyabr ayının sonundakı 131 milyon 387 min manatdan 135 milyon 419 min manata çatıb.
BANK KİÇİLİB
30 Sentyabr 2018-ci il tarixində "Günay Bank" 173 milyon 761 min manat cəmi aktivlərə,111 milyon 874 min manat cəmi öhdəliklərə və 61 milyon 887 min manat cəmi balans kapitalına malik olub. Bank 30 Sentyabr 2017-ci il tarixində 177 milyon 66 min manat cəmi aktivlərə, 118 milyon 790 min manat cəmi öhdəliklərə və 58 milyon 275 min manat cəmi balans kapitalına malik idi.
30 Sentyabr 2018-ci il tarixində "Günay Bank" 61 milyon 738 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
3 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
4 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"






















