Vergidən yayınma stimullar ilə aradan qaldırılacaq
“İqtisadi subyektləri nağd ödənişlərə həvəsləndirən səbəblərdən biri iqtisadiyyatda vergidən yayınma motivlərinin hələ də qalmasıdır. Ona görə də ilk növbədə vergidən yayınma hallarının vergiyə cəlb olunma stimulları ilə aradan qaldırılması vacibdir.”
“Marja” xəbər verir ki, bu, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı –da bildirilir.
Proqramda qeyd edilib ki, vergidən yayınma motivlərinin vergiyə cəlb olunma motivləri ilə əvəzlənməsi iqtisadi dövriyyənin şəffaflaşmasına və leqallaşmasına, bununla da nağdsız hesablaşmaların genişlənməsinə, daha çevik və rahat elektron (rəqəmsal) ödənişlərə meylin güclənməsinə gətirib çıxaracaqdır.
“Vergi sistemində aparılmış vacib islahatlara baxmayaraq vergidən yayınmaya səbəb olan inzibati və iqtisadi motivlərin bir daha araşdırılması, sahibkarlıq subyektlərinin mövcud vergi yükünün, vergilərin hesablanması qaydalarının beynəlxalq təcrübəyə uyğun təhlil edilərək qiymətləndirilməsi və bu sahədə islahatların davam etdirilməsi vacibdir”.
Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
1.Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması:
Ədalətli vergi səviyyəsi qiymətləndiriləcək, uğurlu beynəlxalq təcrübəyə uyğun olaraq vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır.
2. Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi:
Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün aparıcı ölkələrin təcrübələri nəzərdən keçiriləcəkdir. Vergiyə cəlbi stimullaşdıran, vergi uçotunun və hesabatlığının aparılması üzrə məsləhət xidmətlərinin geniş miqyasda və effektiv tətbiqini nəzərdə tutan vergi inzibatçılığı daha da gücləndiriləcəkdir.
3. Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması
E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcəkdir
4. Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması:
Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması 32 məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır.
5. “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsi:
Bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir.
Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























