Bankların kredit vermək, vətəndaşların isə kredit almaq imkanları asanlaşacaq
Ölkəmizdə bankların vətəndaşlara kredit vermək, müştərilərin isə kredit əldə etmək imkanlarını daha da asanlaşdıracaq alkredit.az kredit müraciəti portalı öz fəaliyyətini genişləndirir.
Artıq tam yeni formatda istifadəyə verilmiş portal vasitəsilə indi müştərilər banklardan müxtəlif təyinatlı kreditlər əldə edə, banklar isə düzgün yönləndirilmə nəticəsində müştərilərə sağlam kredit vermək istiqamətində daha effektiv çalışa biləcəklər.
Alkredit.az portalı həm banklara, həm də kredit əldə etmək istəyən şəxslərə bir çox üstünlüklər verir. Bu üstünlüklərə portalda bir çox bankların təmsil olunması, kredit almaq istəyən şəxslərin rahat onlayn müraciət imkanı və onların sərfəli şərtlərlə kredit verən banklara yönləndirilməsi daxildir. Bu da öz növbəsində banklar üçün artıq ilkin təhlil edilmiş, sağlam müştəri deməkdir. Nəticədə istər müraciət edən şəxslər, istərsə də banklar vaxta qənaət etmiş olurlar.
Həmçinin, alkredit.az platforması kredit almaq üçün sərfəli şərtlər təqdim edir. Portal vasitəsilə dörd kredit məhsulu - kredit kartı, istehlak krediti, ipoteka krediti və biznes kreditinin alınması üzrə banklara müraciət etmək mümkündür. Üstünlüklər sırasında sürətli xidmət və müraciət edən şəxslərin məlumatlarının konfidensiallığının tam qorunması da vardır.
Layihənin strateji investoru ölkəmizdə konsaltinq və marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən “Quality Solutions”, portalın təsisçisi isə “Move Consulting” şirkətidir.
“Quality Solutions” şirkətinin direktoru Taleh Tahirlinin bildirdiyinə əsasən, Alkredit.az kredit əldə etmək üçün müraciət portalı olmaqla, həm banklar, həm də vətəndaşlar qarşısında yeni imkanlar açır.
“Məqsədimiz ilk öncə banklar üçün düzgün müştərinin, müştərilər üçün isə uyğun bankın tapılmasıdır. Yəni, alkredit.az layihəsi ilə biz istiqamətləndirici, vasitəçi funksiyasını icra edirik ki, bu da həm bankların fəaliyyətinə, həm də müştərilərə effektiv təsir göstərir. Başqa sözlə desək, biz banklarla danışıqlar apararaq sərfəli kredit şərtlərini potensial kredit almaq istəyən müştərilərə təqdim edirik. Həmçinin, portala müraciət edən və kredit almaq istəyən müştərilərin təhlilini apararaq müvafiq göstəricilərə malik olan müştəriləri banklara istiqamətləndiririk ki, bu da öz növbəsində bankların işini yetərincə asanlaşdırır. Biz alkredit.az portalının işində məsuliyyətli kreditləşmə prinsiplərindən çıxış edirik ki, bu da banklar üçün sağlam kredit portfelinin yaranmasına kömək edəcək”- deyə o qeyd edib.
“Move Consulting” şirkətinin rəhbəri Elşad Yusiflinin sözlərinə görə alkredit.az portalı gələcəkdə öz texniki imkanlarını genişləndirərək fəaliyyətinin daha da optimallaşdırılması üçün işlər görəcək. Çox qısa zamanda müştərilər üçün portalın IOS və Android sistemlərində mobil tətbiqi versiyası buraxılacaq ki, bu da vətəndaşların müraciət imkanlarını xeyli asanlaşdıracaq.
Alkredit.az xidməti barədə daha ətraflı məlumatı www.alkredit.az internet saytından, xidmətin facebook və linkedIn sosial şəbəkələrindəki səhifələrindən və həmçinin 051 333 18 00 mobil nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 2 d. əvvəl
-
32 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
-
- 44 d. əvvəl
- 51 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
14 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Neft ucuzlaşmaqda davam edir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir



























