SOCAR hədəfini açıqladı - Sayını 20-yə çatdırmağı planlaşdırır
"SOCAR Petroleum" QSC 2020-ci ilədək Azərbaycandakı CNG yanacaqdoldurma məntəqələrinin sayını 20-yə çatdırmağı planlaşdırır.
Bu barədə "Marja"ya SOCAR-dan məlumat verilib.
"2018-ci ilin sonunadək Bakı və Bakıətrafı bölgələrdə 10 sıxılmış təbii qaz məntəqəsininistifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə CNG məntəqələrinin sayı 20-yə çatdırılacaq", - deyə məlumatda bildirilir.
Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd CNG məntəqəsi istehlakçılara təhvil veriləcək. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu günədək SOCAR Bakıda 2 CNG yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatıb.
"SOCAR Petroleum"un mütəxəssislərinin hesablamalarına görə, CNG avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.
Cənubi Koreya, Yaponiya və Hindistan kimi ölkələrdə ətraf mühitin qorunması məqsədilə ictimai nəqliyyatda əsasən STQ ilə işləyən nəqliyyat vasitələrindən istifadə edilir. Dolaysıyla, ucuz, təmiz və ekoloji cəhətdən əlverişli olması qlobal miqyasda STQ tələbatının artmasına səbəb olur. 2017-ci ildə qlobal CNG (STQ) bazarının dəyəri 76,3 milyard ABŞ dolları təşkil edib və bu miqdarın 2020-ci ildə 130 milyard ABŞ dolları, 2025-ci ildə 316 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. CNG istifadəsi baxımından dünyada ən böyük bazarlardan biri də Avropa bazarıdır. Avropada CNG istehlakının artmasının ən böyük səbəbi ətraf mühit göstərilməkdədir. Belə ki, Avropa İttifaqı ətraf mühiti qorumaq məqsədilə karbon emissiyasını 2020-ci ilə qədər (1990-cı il ilə müqayisədə) 20%, 2030-cu ilə qədər isə 40% azaltmağı planlaşdırır. Avropada hazırda 1 milyon 316 min CNG avtomobili mövcuddur. Avropa bu rəqəmi 2030-cu ilə qədər 15 milyona çatdırmağı planlayır. (Bu da, növbəti 10 il üçün 11 dəfədən çox artım deməkdir). CNG avtomobillərinin sayına görə İtaliya Avropada ilk sırada, Almaniya isə ikinci sırada qərarlaşır. Belə ki, İtaliyada 1 milyondan çox CNG avtomobilləri mövcuddur. Bu da, Avropada mövcud olan CNG avtomobillərinin təqribən 76%-ni təşkil edir. Hazırda İtaliyda istehlak edilən təbii qazın təqribən 1,3%-i sıxılmış təbii qazdan meydana gəlir. İtaliya növbəti 10 ildə CNG avtomobillərinin sayını 3 dəfə daha artırmağı planlaşdırır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 39 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























