"Mərkəzi Bankın rəsmi kursdakı 4%-lik marjalarını ləğv etmək lazımdır"
İqtisadçı ekspertlər Samir Əliyev və Cəfər İbrahimli “qara bazar”la bağlı suallara cavab veriblər.
Samir Əliyev:
- Ölkədə dollar qıtlığı mövcuddur, yəni bankların əlində olan dollar vəsaiti məhduddur. Çünki bankların özünün borc öhdəliyi var. Yəni, vaxtilə xarici banklardan aşağı faizlə kredit götürüb onu Azərbaycan iqtisadiyyatına yönəldiblər, indi həmin kreditlərin qaytarılma vaxtıdır. Xarici kreditlər xarici valyutada, bir qayda olaraq dollar, avroda götürülür.
Digər səbəb idxalla bağlıdır. Biz bilirik ki, Azərbaycana böyük həcmdə idxal daxil olur, xüsusilə də qeyri-ərzaq - texnikadan tutmuş avadanlıqlara qədər hamısı xaricdən gəlir, Azərbaycanda istehsal olunmur.
Xaricdən gətirilən bütün mallar özlüyündə dollar tələb edir. Çünki mal alanda onun pulunu ödəmək üçün dollardan istifadə edilir. Bu baxımdan idxalın artması xarici valyutaya tələbatı artırıb. İdxalatçı şirkətlər banklara dollar üçün müraciət edir. Banklar, dollar qıtlığı olduğundan əllərindəki dolları satmağa yox, daha çox öz müştərilərinin tələblərini yerinə yetirməyə yönəldirlər.
Dollara tələbin artması Mərkəzi Bankın bu tələbi qarşılamaması nəticəsində “qara bazar”da canlanma müşahidə olunur. Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında “qara bazar” istifadəçilərinin sayını artırır. Banklardan istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər.
İdxalın artması dollara tələbatı artırır. Həm də bankların öz borc öhdəlikləri var. Bütün bunlar ona gətirib çıxarır ki, bu gün dollara böyük ehtiyac var, bunu da qarşılaya bilmirlər. Mərkəzi Bank sərt qərar qoyub ki, rəsmi məzənnədən 4 faiz ucuz və 4 faiz baha dollar alına və ya satıla bilməz. Bu inzibati yol ilə dolların kəskin bahalaşmasının qarşısı alınır. Bu qayda banklara dolları baha satmağa imkan vermədiyindən banklar dollar satışını dayandırır. Amma bank dolların satışını uzun müddət dayandıra bilməz. Ona görə banklar ”qara bazara” üstünlük verir.
Cəfər İbrahimli:
Valyuta alınıb-satılan bir vasitədir. Bu alış-satışın həyata keçirilməsi üçün bazar infrastrukturu var, amma bu infrastruktur indiki bazar daxilindəki şərtlərlə valyutanın alınıb-satılması üçün əlverişli deyil. Bunun başqa bir yolunu tapmaq lazımdır.
Valyuta dəyişmə ilə məşğul olacaq qurum və ya təşkilat banklardır. Bir də rəsmi qanunvericiliklə bu işi həyata keçirənlər valyutadəyişmə məntəqələridir. Tələbat çox olduğuna görə, daha sürətli və çevik əməliyyatı aparmaq üçün vətəndaşa istənilən yerdə, əlçatan şəkildə valyutadəyişmə imkanı yaradılmalıdır. Biz bunun məhdudlaşdırıldığını görürük.
Valyutadəyişmə məntəqələri bağlandı. Bankların valyutadəyişmə ilə bağlı məhdudiyyətləri var, rəsmi alqı-satqı üçün valyutadəyişmə ilə bağlı marjalar qoyulub. Qoyulan məhdudiyyətlər bazarın rəsmi qaydada tənzimlənməsini stimullaşdırmır, daha da tərsi olaraq, bunun fərqli yönlərə getməsini stimullaşdırır.
Mərkəzi Bank birinci valyutadəyişmə məntəqələri ilə bağlı əlçatanlığı təmin etməlidir. Valyutanı dəyişmək hər kəs üçün istənilən vaxt əlçatan olmalıdır. İkincisi də banklar bu məhdudiyyətlər çərçivəsində valyutanı sata bilmədiklərindən “qara bazaar”a gedirlər. Ona görə Mərkəzi Bankın rəsmi kursundan 4 faiz aşağı, 4 faiz yuxarı tətbiq olunan marjaları ləğv etmək lazımdır.
Geriyə tarixçəyə baxsaq, görərik ki, "qara bazar” dediyimiz qeyri-rəsmi bazar məhdudiyyətlər gündəmə gələndən sonra aktuallaşdı. Məhdudiyyət məsələsinə baxmaq, onları aradan qaldırmaq lazımdır ki, bazar öz çərçivəsində prosesləri tənzimləsin.
®APA TV
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
24 d. əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 25 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Ən çox oxunanlar
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Azərbaycan neftinin son qiyməti
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb


















