Banklar Assosiasiyasının üzvləri "Xəzərin Sahilində" görüşüblər - FOTOLAR
Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirilib.
2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmini vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub. “Zolotaya Korona” ödəmə sisteminin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib.
Tədbirin tərəfdaşları sırasında “Antaris”, “İncəbelli”, “Zadagan”, “Veysəloğlu”, “Ballı”, “La Aristocratie”, “Andrew's ties” şirkətləri olub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 27 d. əvvəl
- 37 d. əvvəl
-
44 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
50 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
58 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib


























