"Bank Respublika"da xarici investorun payı arta bilər
Bu ildən "Bank Respublika" ASC- kapitalı minimal tələblərə cavab verəcəyi və Bankın 2019-cu ildən mənfəətə çıxacağı gözlənilir.
"Marja" xəbər verir ki, bu barədə Bankın audit olunmuş hesabatında bildirilir.
Qeyd edilib ki, 31 dekabr 2017-ci il tarixinə Qrupun Bazel Kapital Sazişinə və tənzimləyicinin tələblərinə uyğun olaraq cəmi kapital adekvatlığı və kapital adekvatlığı əmsalı müvafiq minimal tələblərdən aşağı olmuşdur:
"Rəhbərlik hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında qeyd edilən kapital çatışmazlığını həm birbaşa nəzarətedici tərəflə, həm də IFI səhmdarı, DEG (Almaniya İnvestisiya və İnkişaf Təşkilatı) ilə müzakirə etmişdir. 22 yanvar 2018-ci ildə Bankın Səhmdarlarının Ümumi Yığıncağı hər birinin nominal dəyəri 2.45 AZN, ümumi məbləği 20 milyon olan 8,163,300 min adi səhmin buraxılması qərarını qəbul etmişdir. Bu konsolidə edilmiş maliyyə hesabatlarının buraxılması tarixinə qeyd olunan adi səhmlərin 4,081,660 ədədi Bankın birbaşa nəzarətedici tərəfi olan Natiq Quliyev tərəfindən alınmışdır, qalan səhmlərin isə ödəniş müddəti çatmışdır və onlar artıq etibarlı deyil. 31 mart 2018-ci il tarixinə Bankın 1-ci dərəcəli və Cəmi kapital əmsalları müvafiq olaraq 7.79% və 12.00% olduğundan, Bank tənzimləyicinin müəyyən etdiyi kapital adekvatlığı əmsallarından çox yüksək olmuşdur.
Bununla yanaşı, 30 mart 2018-ci il tarixində Bankın Səhmdarlarının Ümumi Yığıncağı zamanı DEG-in subordinasiya borcunu Bankın səhmlərinə konvertasiya etməklə, hər birinin nominal dəyəri 2.45 AZN, ümumi məbləği 6 milyon manat olan 2,448,980 min əlavə adi səhmin buraxılması ilə Bankın nizamnamə kapitalının artırılması təsdiqlənmişdir və bu məsələ hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının tarixinə danışıqlar mərhələsindədir. (Qeyd edək ki, maliyyə hesabatı auditor tərəfindən 31 May 2018-ci il tarixində təsdiqlənib)
Cəmi kapital 6 milyon artırıldıqdan sonra normativ tələblərə uyğun olacaq".
Hazırda DEG "Bank Respublika"nın 10.86%-nə nəzarət edir. Bu günlərdə DEG digər Azərbaycan bankı - Unibank-dakı payını Avropa Yenidənqurma və İnkişaf Bankına sataraq səhmdarlar sırasından çıxıb.
"MALİYYƏ VƏZİYYƏTİ YAXŞILAŞIB, ZƏRƏRLƏ ÜZLƏŞMƏYƏCƏK"
"Hesabatda qeyd edilir ki, Bankın cəmi məcmu zərəri 2016-cı ildəki 46 milyon 323 min manatla müqayisədə 2017-ci ildə 1 milyon 391 min manata qədər azaldığı üçün Qrupun (Bank Respublika, Bakı Sığorta və Respublika İnvest) maliyyə vəziyyəti yaxşılaşmışdır:
"Rəhbərliyin proqnozuna əsasən, Qrup 2017-ci ildə yenidən başladılmış kreditvermə fəaliyyəti ilə əlaqədar olaraq və 2018-ci il üzrə faiz xərclərini azaltmaqla, 2018-ci ildə zərərlə üzləşməyəcək və 2019-cu ildə mənfəətliliyə qayıdacaq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Kreditvermə strategiyasındakı dəyişikliklər 31 dekabr 2017-ci il tarixinə kredit portfelinin kredit keyfiyyətindəki yaxşılaşma ilə özünü artıq sübut edir. Qeyd 28-də göstərilən ödəniş tarixi cədvəlində qeyd edildiyi kimi, 31 dekabr 2017-ci il tarixinə Qrup on iki aya qədər olan dövrdə 27 milyon 623 min AZN mənfi məcmu likvidlik çatışmazlığına (31 dekabr 2016: 63 milyon 209 min AZN məcmu likvidlik çatışmazlığı) malik olmuşdur. Göründüyü kimi, Bankın likvidlik mövqeyi 2016-cı illə müqayisədə yaxşılaşmışdır.
Rəhbərlik hesab edir ki, 294 milyon 859 min AZN məbləğində cari hesab qalıqları Qeyd 28-də likvidlik riski cədvəlində “tələb əsasında” kateqoriyasına daxil edilsə də, bu məbləğlərin heç də hamısı bir illik dövrdə geri ötürülməyəcək. Əvvəlki təcrübə göstərir ki, cari hesab qalıqları 163 milyon 961 min AZN-dən
aşağı düşməmişdir.
31 dekabr 2017-ci il tarixindən sonra Bank ilkin ödəniş tarixi 2017-ci ilin yanvarından mayına qədər
olan 44 milyon 925 min AZN məbləğində müddətli depozitlərin müddətini bir il və daha artıq müddətə
uzatmışdır"
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























