ABŞ-ın xam neft ehtiyatları kəskin azaldı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 12,6 milyon barrel (3 faiz) azalaraq 405,2 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 4,5 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,2 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 660 milyon barreldə sabit qalıb.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 0,7 milyon barrel (0,3 faiz) azalma ilə 239 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,7 milyon barrel azalma olması istiqamətində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 1,5 milyon barel azalma göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,6 milyon barrel azalma ilə 7,4 milyon barrelə geriləyərkən, xam neft ixracı da gündəlik orta hesabla 309 min barrel azalma ilə 2 milyon barelə düşüb.
Xam neft hasilatı son 26 həftədə 24 dəfə yüksəlib
Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 29 min barel artımla 10,9 milyon barrel səviyyəsində baş tutub.
Bu nəticə ilə ölkənin xam neft hasilatı son 26 həftədə 24 dəfə artım göstərmişdir.
EIA-nın İyun 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,8 milyon barrel olması gözlənilir.
Hesabata görə, ABŞ-ın gələn xam neft hasilatının gündəlik orta hesabla 11,8 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.
Ehtiyatların azalmasına da baxmayaraq bu gün Brent nefti 3% ucuzlaşaraq 76,54 dollara düşüb (Saat 19:42-yə olan məlumat). Neftin ucuzlaşmasının əsas səbəbi ABŞ və Çin arasında ticarət müharibəsinin güclənməsidir. Ətraflı: http://marja.az/news/27345
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























