Bank of Baku-dan tibb işçilərinə özəl “103 TƏCİLİ KREDİT” kampaniyası!
Ölkənin aparıcı banklarından olan Bank of Baku, 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə onlara ÖZƏL silsilə kampaniyalara start verir.
Nağd Pul krediti əldə etmək istəyən və ya Bolkart sahibi olan tibb işçilərinə özəl keçirilən kampaniyalar, həm onların sevincinə səbəb olacaq, həm də maddi problemlərinə “təcili yardım” rolunu oynayacaq.
Kampaniya 1. “103 TƏCİLİ KREDİT” kampaniyası!
Kampaniya çərçivəsində 20.000 AZN-dək Nağd Pul Krediti əldə etmiş şəxslər aşağıdakı SƏRFƏLİ şərtlərdən faydalanacaqlar:
- 1 AY GÜZƏŞT - yəni, kredit əldə edən şəxs, ödəniş müddətinin ilk ayında (birinci ayda) əsas borc ödənişindən azad olunaraq, sadəcə həmin aya düşən faiz borcunu ödəyəcək;
- 0% KOMİSSİYA – kampaniya müddəti ərzində Kreditin rəsmiləşdirilməsi və nağdlaşdırma üzrə komissiya 0% təşkil edəcək;
- 3% ENDİRİM - Tibb müəssisələrində çalışan hər bir şəxs 20.000 manatadək Nağd Pul Kreditini 3% ENDİRİMLƏ əldə edə biləcək.
Kampaniya 2. Bolkart kredit kartları PULSUZ!
Kampaniya müddəti ərzində Tibb işçiləri, 1 il müddətinə xidmət haqqı - 0 manat olmaqla, 3 növ – Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold kredit kartlarını əldə edə bilərlər.
Kampaniya 3. Bolkartla alış-veriş edən tibb işçilərinə +3 ay HƏDİYYƏ!
12 iyul tarixinə qədər Bolkartın 3 və ya 6 aya ödə partnyorlarında alış-veriş edən tibb işçiləri, ödəniş müddətinə +3 ay HƏDİYYƏ qazanacaqlar.
Yəni, kampaniya dövrü ərzində Bolkart kredit kart sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 6 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 9 aya bala-bala ödəyəcəklər.
Kampaniya 4. Bolkart debet ilə alış-veriş edənlərə 10 BAL HƏDİYYƏ!
Kampaniya dövrü ərzində Bolkart debet kart ilə 100 AZN və daha yuxarı məbləğdə alış-veriş etmiş tibb işçilərinə 10 BAL hədiyyə olunacaq.
Hədiyyə olunan BAL-lardan növbəti alış-verişlərdə istifadə etmək mümkündür. 1 BAL = 1 AZN kimi qiymətləndirilir.
Qeyd edək ki, kampaniyalardan həm tibb sahəsində, həm də vəzifəsindən asılı olmayaraq səhiyyə müəssisələrində çalışan hər bir şəxs faydalana bilər.
Kampaniyalar 12 iyul 2018-ci il tarixinədək keçərlidir.
Bank of Baku-nun Tibb işçilərinə özəl elan etdiyi kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
49 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 50 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























