"100 min hektar əkilməklə, 200 min ton pambıq istehsal edilməlidir"
Bir zamanlar gəlirli sahə olmuş pambıqçılığın üzünə yenidən gün doğur. Dövlət başçısı səviyyəsində bu məsələyə diqqət göstərilməsi onu deməyə əsas verir ki, yaxın bir neçə ildə Azərbaycan pambıqçılıqda əvvəllər qazanılmış uğurları bərpa edəcək.
Ölkədə ənənəvi pambıqçılığın elmi metodlarla inkişaf etdirilməsi indi alimlərin də diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkil etdikləri “Azərbaycan Respublikasında pambıqçılığın mövcud vəziyyəti və inkişaf yolları” mövzusunda elmi-praktik konfransda bu məsələ barədə ətraflı fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Alimlərin, eləcə də Bərdə, Yevlax, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Ağdaş, Ucar, Kürdəmir, Beyləqan və İmişli rayonlarının fermer təsərrüfatları rəhbərlərinin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açmışdır. O diqqətə çatdırmışdır ki, Azərbaycanda ənənəvi bitkiçilik sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi həm də qeyri-neft sektorunu inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bu gəlirli sahənin inkişaf etdirilməsində əsaslı şəkildə dönüş yaradılacağını bir daha diqqətə çatdırmışdır.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov çıxış edərək respublikamızda pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, 2017-ci təsərrüfat ilində ölkə üzrə 100 min hektar sahədə pambıq əkinini keyfiyyətlə həyata keçirməklə 200 min tona yaxın pambıq istehsal edilməlidir. Bu hədəfə çatmaq üçün ilk növbədə pambıqçılığın elmi potensialı gücləndirilməli, toxumçuluq inkişaf etdirilməli, innovativ texnologiyaların tətbiqi sürətləndirilməlidir.
Nazirliyin şöbə müdiri onu da bildirmişdir ki, hazırda kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılığın sürətli inkişafını təmin etmək üçün çoxşaxəli dövlət dəstəyi var: “Prezident İlham Əliyevin imzaladığı 22 sentyabr 2016-cı il tarixli sərəncamı əsasında pambıq istehsalçılarına subsidiyalar verilməsinə başlanılmışdır. Bu sərəncamın imzalanması bütövlükdə məhsul istehsalçılarının pampıqçılığa maraqlarını xeyli artırmış, nəticədə keçən il 51 min hektar sahədə pambıq əkini aparılaraq 90 min tona yaxın məhsul istehsal olunmuşdur. Cari ildə isə bu rəqəmin 200 min tona çatdırılması nəzərdə tutulur. Buna nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyi həm texniki təminatın yüksək səviyyədə yerinə yetirilməsi, həm də pambıqçılıqda istifadə olunan gübrələrin respublikamıza vaxtında gətirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirir” - deyə İ.Cümşüdov söyləmişdir.
Nazirlik rəsmisi onu da vurğulamışdır ki, Azərbaycan tarixən pambıqçılq diyarı kimi tanınıb: “Respublikamızda ötən əsrin 80-ci illərində 1 milyon tona yaxın pambıq istehsal edilib. Həmin dövrdə əkilən pambıq sortlarının əksəriyyəti yerli sortlardan ibarət olub. Bu sortlar həm məhsuldarlığı, həm də keyfiyyəti baxımından bütün parametrlərə cavab verib. Elə bu konfransın keçirilməsində də əsas məqsəd fermerləri bu sortlarla tanış etməklə yanaşı onları maarifləndirməkdir”.
Sonra Elmi-Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun şöbə müdiri Ələddin Tağıyevin “Yeni pambıq sortları və onların toxumçuluğunun inkişaf istiqamətləri”, həmin institutun direktor müavini Həsənəli Aslanovun “Pambığın becərilmə texnologiyası”, Elmi-Tədqiqat Aqromexanika İnstitutunun elmi işlər üzrə direktor müavini Novruz Nuriyevin “Pambıq istehsalında mexanikləşdirmənin mövcud vəziyyəti və inkişaf yolları” və ADAU-nun elmi işlər üzrə prorektoru Nizami Seyidəliyevin “Pambıqçılığın inkişafında alimlərin rolu” mövzularında məruzələri dinlənilmişdir.
Sonda fermer təsərrüfatları rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
13 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
13 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib























