Gecə neft qiymətləri kəskin düşdü
Bu gecə neft qiymətləri 2%-dən çox düşüb.
"Marja" xəbər verir ki, saat 08:40-a olan məlumata görə, Brent nefti 2,2% ucuzlaşaraq 74,81 dollara, Qərbi Texas nefti isə 2,5% ucuzlaşaraq 66,17 dollara geriləyib. Hazırda da qiymətlərin geriləməsi davam edir.
Ötən həftənin əvvəlində Brent neftinin qiyməti 80 dolları keçmişdi. Bu səviyyə ilə müqayisədə qiymət 6%-dən çox düşüb.
Ötən həftənin sonu Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri bəyan etmişdilər ki, hasilatın azaldılmasını nəzərdə tutan OPEC + sazişi yumuşaldılacaqdır. Yəni, müqaviləyə daxil olan ölkələr hasilatlarını bir qədər artıracaqlar. Bu açıqlamadan sonra neft qiymətləri düşür. Gələn ay OPEC və tərəfdaşlarının toplantısı keçiriləcək.
Neftin ucuzlaşmasının səbəblərindən biri də ABŞ-ın hələ də Şimali Koreya ilə görüşün keçirilməsinə çalışmasıdır. ABŞ nümayəndə heyəti Şimali Koreyaya gedib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























