Neft qiymətləri Venesuela ilə yüksəlişini davam etdirib
Venesuelada xam neft hasilatının daha da aşağı düşəcəyinə dair risklər var. Digər tərəfdən, ABŞ-da neft ehtiyatlarının bu həftə də azalacağı gözlənilir. İnvestorların bu gözləntiləri qiymətləndirmələri ilə neft qiymətləri yüksəlir.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Venesuelada Nikolas Maduronun seçkiləri yenidən qazanmasının ardından Venesuela hökumətinin və dövlətə məxsus neft şirkətinin çıxardığı istiqrazları satın almağı qadağan edib. Bu qərarın ardından neft qiymətləri 0.4%-ə qədər yüksəlib.
Digər tərəfdən, Çərşənbə günü açıqlanacaq rəsmi göstəricilərin, ABŞ-da xam neft ehtiyatlarının ötən həftə 2 milyon barrel düşdüyünü göstərməsi gözlənilir.
Geosiyasi hadisələr, ABŞ-ın İrana tarixin ən ağır sanksiyalarını tətbiq edəcəyini açıqlaması,Venesuelada sürətlə düşən neft hasilatı təklifin azalacağına dair narahatlıqları artırıb. Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) il sonuna qədər davam edəcək müqavilə ilə istehsalı azaldaraq qlobal ehtiyatları "əritməyə" davam edir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) nefti 72.55 dollara, Brent nefti 79.48 dollara qədər qalxıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























