Sığorta bazarı necə kəskin artıb? - SƏBƏBLƏR
2018-ci ilin Apel ayında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin topladığı sığota haqları 27 milyon 316 min manat artıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə (Martın sonunadək) Dövlət Sığorta Kommersiya Şirkəti 4 milyon 608 min manat sığorta haqları toplamışdı. Aprelin sonunda isə toplanmış sığorta haqları 31 milyon 925 min manata çatıb.
Hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılır. İlk rübdə hərbiçilər, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin icbari sığortası üzrə böyük sığorta haqları hesablanmamışdı. Apreldə isə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait Dövlət Sığorta Kommersiya Şirkətinə köçürülüb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Aprel ayında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə toplanmış sığorta haqları 1 milyon manatdan 16 milyon 922 min manata, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası isə 1 milyon 183 min manatdan 11 milyon 259 min manata artdığından Dövlət Sığorta Kommersiya Şirkətinin də topladığı sığorta haqları da artıb.
Sığorta haqları Yanvar-mart 2018, manatla | Sığorta haqları Yanvar –aprel 2018, manatla | Ödənilər, Yanvar-Aprel 2018, manatla | |
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası | 1 milyon 1 min | 16, milyon 922 min | 2 milyon 345 min |
Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası | 1 milyon 183 min | 11 milyon 259 min | 661 min |
Azərbaycanın sığorta bazarı 2018-ci ilin ilk 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 55% və ya 107,3 milyon manat artaraq 301.4 milyon manata çatıb. Kəskin artımın səbəblərindən biri Apreldə hərbiçilər, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin icbari sığortası üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin Dövlət Sığorta Kommersiya Şirkətinə köçürülməsidir.
Artımın ikinci böyük səbəbi isə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Əgər 2017-ci ilin ilk 4 ayında həyatın yaşam sığortası üzrə 46 milyon 938 min manat sığorta haqları toplanmışdırsa, 2018-ci ilin ilk 4 ayında bu məbləğ 96 milyon 708 min manata təşkil edib. (49 milyon 770 min manat artıb).
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
2 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 7 d. əvvəl
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb





















