"Neftin qiyməti 100 dollara yüksələ bilər"
"Neftin qiyməti 100 dollar/barelə yüksələ bilər, özü də bu, gələn il olacaq".
Bunu "Alpari" analitik departamentinin direktoru Aleksandr Razuvayev "Merrill Lynch"dən olan amerikalı ekspertlərin ilin sonuna neftin bir barelinin qiymətinin 100 dollara çata biləcəyi ilə bağlı proqnozuna münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, böyük investisiya bankları tərəfindən ilk optimist qiymətləndirmədir. "Həmkar analitiklərin fikrincə, neft bazarında buma səbəb olacaq əsas amillər Venesuelada istehsalın azaldılması, ABŞ-ın İranla nüvə sazişindən çıxması, hasilatın məhdudlaşdırılması haqqında OPEC+ müqavilələrinin işə düşməsi olacaq. Hələ ötən ilin sonunda 2018-ci il üçün İllik Strategiyada "Brent" markalı neft üçün hədəfi 80 dollar/barel müəyyənləşdirmişdik. Bu göstəricinin bu ilin ilk yarısında əldə olunacağına inanmaqda davam edirik. 2018-2019-cu illərdə məhz buna orientasiya etməyi tövsiyə edirik. Təbii ki, qiymət hədəfimizdən yayına da bilər", - departament direktoru bildirib.
Eyni zamanda, A.Razuvayev neftin qiymətinin uzun müddət 100 dollar/barel səviyyəsində qalmayacağını və 80 dollar/barel civarında tənzimlənəcəyini düşünür.
Neft bazarındakı ümumi vəziyyət haqqında danışan ekspert qeyd edib ki, OPEC+ çərçivəsində neft hasilatını azaltmaq üzrə razılaşmanın 2018-ci ilin sonuna qədər uzadılması razılaşmaya qoşulmayan ölkələrdə istehsalın artımına gətirib çıxarıb: "İlk növbədə, bu, ABŞ-a aiddir. Orada hasilat sazişin imzalanmasından sonra 18% artıb və nəticədə ABŞ indi Rusiyadan sonra neft hasilatında ikinci yerdədir. İndi Rusiya sutkada 11,35 mln. barel, Səudiyyə Ərəbistanı 9,92 mln. barel neft hasil edir. Pessimist insanlar hələ də amerikalı neftçilərin bazarı çökdürə biləcəyini düşünürlər. Onlar davamlı texnologiyalar üzərində işləyirlər və ABŞ neftinin maya dəyəri daim azalır. Üstəgəl, FED dərəcələrinin yüksəldilməsi neftin qiymətinin aşağı düşməsinin xeyrinə olan mühüm uzunmüddətli amildir".
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























