Azərbaycanın neft-qaz ehtiyatlarını açıqladı
"Axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılıb".
"Marja" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan "Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur" başlıqlı məqaləsində yazıb.
"AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb. Daha əlverşli şərtlərlə imzalanmış və iqtisadi cəhətdən daha səmərəli olan bu yeni müqavilə xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını bir daha bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev bu müqaviləni “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirib. Bu ilin ilk üç ayı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
35 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
45 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
51 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


















