Neft Trampın İran qərarı öncəsi - BU GÜN QƏRAR VERİLƏCƏK
İnvestorlar ABŞ Prezidenti Donald Trampın Çərşənbə axşamı günü ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxıb-çıxmayacağına dair qərarını gözləyirlər. Bu ərəfədə neft qiymətləri bir qədər düşüb.
"Marja" xəbər verir ki, neft qiymətləri Bazar ertəsi günü 1.5 faiz qalxmasının ardından təxminən 1 faiz düşüb.
Tramp, Twitter vasitəsilə verdiyi açıqlamada, İran ilə bağlı qərarını bu gün Vaşinqtonda yerli saat ilə 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da) açıqlanacağını bildirib. Bu açıqlamanın 12 Mayda edilməsi gözlənilirdi.
Avropalı müttəfiqləri Trampın müqavilədə qalmasını istəyərkən, bəzi analitiklər ABŞ-ın müqavilədən çıxacağını gözləyirlər. İran OPEC-in üçüncü ən böyük istehsalçısıdır və müqavilənin pozulması bu ölkəyə yeni sanksiyalar tətbiq edilməsinə səbəb ola bilər. Nəticədə də İranın neft ixracı azalar.
Bu ay neft qiymətləri, Trampın İrana yenidən sanksiya tətbiq edəcəyi və bu ölkənin neft ixracının azalacağı gözləntiləri ilə xeyli bahalaşıb.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı, izafi neft təklifinin ortadan qalxmasına və qiymətlərin üç ilin ən yüksək səviyyəsinə çatmasına baxmayaraq, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın azaldılması müqaviəsini davam etdirmək istədiyini işarə edib.
Analitiklər bildirirlər ki, bu gün neft qiymətlərinin 1 faiz ətrafında düşməsi investorların "mənfəət satışları" ilə bağlıdır. Qərbi Texas neftinin 70 dolları, Brent neftinin 76 dolları keçməsindən sonra nefti ucuz almış investorlar gəlir götürmək üçün satış edərək əməliyyatları bağlayıblar. Hələ də neftin bahalaşacağı gözlənilir, çünki bazar ABŞ-ın İran müqaviləsini birtərəfli dayandıracağı və yeni sanksiya tətbiq etməyə başlayacağını gözləyir.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 69.93 dollara qədər düşdükdən sonra 70.09 dollara qalxıb. Qərbi Texas nefti Bazar ertəsi günü 1.01 dollar yüksələrək 70.73 dollardan bağlanmışdı.
Brent nefti Londonda ICE Futures Europe birjasında 1% düşərək bareli 75.43 dollara geriləyib. Brent nefti Bazar ertəsi günü 1.7 faiz bahalaşaraq 76.17 dollara yüksəlmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























