S&P Türkiyənin kredit reytinqini aşağı saldı
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Türkiyənin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini "BB"dən "BB-/B"yə endirib, proqnozunu isə "mənfi"dən "sabit"ə dəyişdirilib.
"Marja" xəbər verir ki, qurum tərəfindən verilən açıqlamada, Türk Lirəsinin dəyərdən düşməsinin və volatilliyinin maliyyə sabitliyinə risk olduğu bildirilərək, Türkiyədə yüksək inflyasiya ilə birlikdə pisləşən cari və maliyyə kəsirə də işarə edilib.
Kredit reytinqinin endirilməsi ilə bağlı olaraq, Türkiyənin makroiqtisadi tarazlığının pozulmasının artdığı bildirilən açıqlamada, inflyasiya mənzərəsinin pisləşdiyi, Türk lirəsinin dəyərdən düşdüyü və volatilliyin artdığı qeyd edilib.
Türkiyənin maliyyə mövqeyinin zəiflədiyi qeyd edilən açıqlamada, iqtisadiyyatın həddən artıq qızdırdığı da vurğulanıb.
Açıqlamada, Türkiyənin xarici maliyyələşdirmə şərtlərinin və Türk lirəsinin mövqeyinin daha da pozulması və özəl sektorun həssaslaşması vəziyyətlərində ölkənin kredit reytinqinin yenidən azaldıla bilinəcəyi xəbərdarlığı edilib.
Digər tərəfdən, açıqlamada, Mərkəzi Bankın inflyasiya faizini 5 faiz hədəfinə yaxınlaşdırması və Türkiyənin xarici mövqeyinin davamlı şəkildə düzəlməsi vəziyyətlərində ölkənin kredit reytinqinin yüksəldiləcəyi qeyd edilib.
Dollar Türk Lirəsi qarşısında, Standard & Poor-sun (S&P) Türkiyənin kredit reytinqini aşağı salınmasının ardından 4.12 səviyyəsinin üzərini görüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























