İki market birləşmək qərarı verdi
İngiltərənin aparıcı pərakəndə şəbəkələrindən "Sainsbury's", ABŞ-ın pərakəndə nəhəngi "Walmart"ın payı olan "Asda" ilə birləşmək qərarı verib.
"Marja" xəbər veri ki, "Sainsbury's"dan verilən açıqlamada, "Asda" ilə birləşmə qərarı verildiyi qeyd edilib.
İngilis mətbuatında birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçiriləcəyi qeyd edilib.
"Sainsbury's" açıqlamasında, hər iki şəbəkənin mağazalarının bağlanmayacağı, işdən çıxarma olmayacağı qeyd edilərək, birləşmədən sonra "Asda"nın sahibi olan "Wallmart"ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilib.
Açıqlamada, birləşmə qərarı ilə birlikdə istehlakçıların sözügedən mağazalarda təxminən 10 faiz səviyyəsinədək güzəştli alış-veriş etməsinin mümkün ola biləcəyi qeyd edilib.
Birləşmə qərarının ardından "Sainsbury's"in səhmləri gün ərzində təxminən 20 faiz artıb, rəqibləri "Tesco" və "Morrisons"ın səhmləri təxminən 3% ucuzlaşıb.
ŞƏBƏKƏLƏR ÇƏTİN DÖVRDƏN KEÇİR
Son aylar İngilis funt sterlinqinin dəyərdən düşməsi və İstehlakçı Etibarının zəifləməsi səbəbindən ölkədə çoxlu sayda pərakəndə şəbəkə maliyyə baxımından çətin bir dövrdən keçir.
İngiltərədə son aylarda istehlakçıların, marketlər arasında daha güzəştli alış-veriş imkanı bəxş edən Aldi və "Lidl" kimi şəbəkələrə üstünlük verdikləri bildirilir.
Ev əşyası və mebel şirkəti "Argos"u yaxın zamanda tərkibinə qatan "Sainsbury's", nəzarət orqanlarının birləşməyə razılıq verməsinin ardından İngiltərə miqyasında 2 min 800 mağazaya sahib olacaq. Yeni şirkətin nəzdində cəmi 330 min nəfərə məşğulluq təmin olunacaq.
Birləşmə qərarı ilə "Sainsbury's", ölkədə market şəbəkələri arasında 31% pay ilə ən böyük bazar payına çatarkən, daha əvvəl bazarın liderliyini əlində olan "Tesco"nun payı isə 28 faiz səviyyəsindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























