Hökumətdən Bayıl qərarı - 1 kv.m üçün bu məbləğ ödəniləcək
Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.
Bu barədə Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.
O qeyd edib ki, sərəncama əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Qeyd olunan vəsait Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ailə başçılarının bank hesablarına 3 gün müddətində köçürüləcək.
Həmin 6 fərdi yaşayış evinin tam sökülməsi də Səbail RİH-ə həvalə olunub.
Baş nazirin müavini Abid Şərifov bildirmişdi ki, Bayıl sürüşmə zonasından 97 ailə köçurüləcək. Abid Şərifov qeyd etmişdi ki, kökürülən ailələrə kompensasiya veriləcək:
"Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil. Vəsait məsələsinin həllinə çalışırıq”.
Srüşmə zonasındakı 97 evdən 6-sı artıq tamamilə dağılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



