Tam yenilənmiş lüks sedan Lexus LS Bakıda təqdim olundu
Lexus markasının əsas simvollarından biri sayılan LS lüks sedan sinfinin yeni modeli Bakıda təqdim olunub.
Avtomobilin üstünlüklərini hələ ötən ildən anons edən Yaponiyanın premium avtomobil brendi verdiyi vədi tutdu: 5-ci nəsil LS indi daha dinamik və şıq, daha komfortlu və daha təhlükəsizdir.
Buta Palace-da təşkil olunan təntənəli təqdimat mərasiminə Lexus şirkətinin regional nümayəndə heyətləri, müxtəlif biznes sahələrinin rəhbərləri, yerli jurnalistlər və brendin yeniliklərini diqqət mərkəzində saxlayanlar iştirak etdilər.
Təqdimatın rəsmi açılış hissəsində qonaqları salamlayan Toyota Qafqaz şirkətinin rəhbəri Mitsuru Konişi bildirdi ki, təxminən 30 il əvvəl yaponlar dünyanın ən yaxşı avtomobilini yaratmaq qərarına gəldilər. Bu avtomobil həm mühəndislik şedevri olmalı, həm də öz sahibinə mükəmməl idarəetmə təcrübəsi yaşatmalı idi. Onun sözlərinə görə, bu avtomobil məhz Lexus LS oldu.
“LS, Lexus brendinin başlanğıcıdır” deyən Mitsuru Konişi rahatlıq, ən son təhlükəsizlik texnologiyaları və daha yaxşı sürücülük təcrübəsini özündə birləşdirən bu modeldən qürur duyduqlarını bəyan etdi.
Tədbirin qeyri-rəsmi hissəsi Ukraynanın məşhur pop-ifaçısı, Avroviziya mahnı müsabiqəsinin iştirakçısı Ani Lorakın səhnəyə dəvət olunması ilə davam etdi. Azərbaycanda da çox tanınan ifaçının hit mahnıları zalda Lexus-un tədbirlərinə xas olan xoş ovqatlı ortam yaratdı.
Və bunun ardınca da tədbirin əsas məqsədi - LS-in təqdimat anı yetişdi. İlkin tanışlıq olaraq qonaqlar üçün LS-in yeni modelinin üstünlüklərini əks etdirən xüsusi hazırlanmış videorolik nümayiş olundu. Böyük təəssürat oyadan nümayişdən həmən sonra yenilənmiş və brendin dinamik inkişafında yeni cığır açan LS nəhayət ki, gur rəngarəng işıqlar və xüsusi səs effektləri altında zaldakıların ixtiyarına verildi.
Yeni LS iddialı və cəsur dizaynı ilə Lexus brendinin yeni simasını təmsil edir. Bu modeldə klassik lüks sedan tərzi daha fərqli mərhələyə yüksəlib: istər eksteryerdə, istərsə də interyerdə ənənəvi yapon estetikasının ən yaxşı ənənələri, son texnologiya və modern dizayn məharətlə sintez olunub. Lexus avtomobillərinin özünəməxsus özəlliyi olan ön radiator qəfəsi LS-in korpusunda daha qabarıq vurğulanıb və axıcı relyefin əsasını təşkil edir.
Geniş salonun yeni oturacaqlarında Lexus-un Omotenashi qonaqpərvərlik fəlsəfəsi diqqət çəkir. Ön oturacaq 28, arxa oturacaq 22 fərqli şəkildə tənzimlənir və bu da LS-i öz seqmentində ən yaxşı avtomobillərdən birinə çevirir. Yapon masaj ustalarının tövsiyələri əsasında kreslolarda Shiatsu masaj sistemi yaradılıb. Yeni LS-in salonu xüsusi səssizliyi ilə fərqlənir. Aktiv Səs Nəzarəti mühərrik səsi salona girdiyi anda əks tezlikli səs vasitəsilə onu tənzimləyir.
Tədbirə ənənəvi olaraq yeni model ilə daha yaxından tanış olması üçün bütün arzu edənlərin səhnəyə dəvət edilməsi ilə yekun vuruldu. Lüks sedan seqmentinin aparıcı modellərindən biri kimi tanınan LS avtomobilini qonaqlar böyük maraqla izlədilər. Tədbirə gələnlər sedanın həm şıq eksteryeri, həm də premium salon interyeri ilə xüsusi diqqətlə tanış oldular. Avtomobilin texniki göstəriciləri isə tanışlıq prosesində əsas mövzulardan biri oldu.
Lexus-un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (012) 490 50 50
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
2 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
























