Beynəlxalq Bank müştərilərini həvəsləndirir - START VERDİ
Azərbaycan Beynəlxalq Bankı yeni lotereya kampaniyasına start verib.
Beynəlxalq Bankın yaydığı məlumata görə, “Yüzdən biri ol!” devizi altında keçirilən “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının müddəti 15 mart – 30 aprel tarixlərini əhatə edir.
Məlumatda qeyd edilir ki, iştirak şərtləri belədir:
-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanı aparılmış bütün əməliyyatlar üzrə, yaxud onlayn qaydada ödənilmiş hər 100 manata (bundan daha az məbləğlər üst-üstə toplanır, eyni zamanda xarici valyutada aparılmış ödənişlərin manat ekvivalentləri nəzərə alınır) görə müştəri bir uduş şansı qazanır.
-Kampaniya dövründə Bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans qazanmış olur.
Məsələn, əgər müştəri kartla ümumən 420 manatlıq ödəniş etmişsə, onun 4 uduş şansı yaranır. Yaxud, bankdan 1500 manatlıq kredit götürdükdə 3 uduş şansı olur. Bir iştirakçı bu imkanların hər ikisindən istifadə etməklə uduş şanslarını istənilən sayda artıra bilər.
Uduş fondu 15 may 2018 – ci il tarixində saat 22:00 – da “Xəzər” televiziyasında canlı yayımda oynanılacaq. Qaliblər kompüter vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 25 iştirakçı 300 manat, 10 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “İpad Pro 9.7”, daha 2 qalibinə “İphone X” smartfonları hədiyyə veriləcək. Birinci yerin qalibi isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ əldə edəcək. Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 18 saat sonra
-
-
6 d. əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
16 d. əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 20 d. əvvəl
-
25 d. əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
42 d. əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
2 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Ən çox oxunanlar
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"






















