"Manat əlavə möhkəmlənmə təzyiqləri altında olub"
"2017-ci il ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun formalaşmışdır. Tədiyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilməsi siyasəti nəticəsində valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirmişdir. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənmişdir. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur".
"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
Qeyd edilib ki, 2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalmışdır. Belə ki, ötən illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5.8%, Avro ilə əməliyyatların həcmi isə 5.4% azalmışdır.
Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 56.7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BDVB-də isə valyuta əməliyyatlarının 95.8%-i hüquqi şəxslər ilə valyuta əməliyyatları təşkil etmişdir.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilmişdir. Banklar tərəfindən 2016-cı il ərzində 445.4 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26.5 mln. ABŞ dolları xalis satış həyata keçirilmişdir ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.
2017-ci ildə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş kompleks tədbirlər, makroiqtisadi dayanıqlığın təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar məzənnə rejiminin çevikliyinin daha da artırılmasına əlverişli zəmin yaratmışdır. Məzənnə rejiminin çevikliyinin artırılması çərçivəsində Mərkəzi Bank 12 yanvar 2017-ci il tarixindən başlayaraq valyuta hərracı mexanizminə dəyişikliklər etmişdir. Bu dəyişikliklərə uyğun olaraq hərraca çıxarılan valyuta təklifi bazar iştirakçılarının təklif etdiyi qiymətlər əsasında reallaşdırılır. Başqa sözlə, hərraclar əsasən daha yüksək qiymət təklif edən bankdan daha aşağı qiymət təklif edən banka doğru valyutanın satılması ilə yekunlaşır.
Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























