Azərbaycan içkiləri Moskvada qızıl medallar ilə təltif olundu
"Qızıl Quyu" limonadlarının, "Çeşmə" mineral sularının, "Lion" enerji içkilərinin və "Beloçka"günəbaxan tumlarının istehsalçısı olan "Ayan" MMC şirkəti Moskvada keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində qızıl medallar ilə təltif olunub.
Şirkətdən "Marja"ya verilən məlumata görə, "Qızıl Quyu", "Çeşmə" və "Lion" məhsulları "Ən Yaxşı Məhsul" nominasiyası üzrə qızıl medallara layiq görülüblər.
"Bu yalnız bizim deyil, hər bir azərbaycanlının uğurudur",- şirkətdən bildirildi.
2005-ci ildə yaradılmış “Ayan” MMC istehsal etdiyi yüksək keyfiyyətli məhsulların ixrac coğrafiyasını daha da genişləndirmək niyyətindədir.
Qeyd edək ki, fevralın 9-dək davam edəcək "Prodexpo- 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavilyonlarında "Made in Azerbaijan" vahid ölkə stendləri ilə təmsil olunur.
Pavilyonlarda Azərbaycanın 27 şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərabları, təbii mineral suları, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunur.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
39 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























