Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir
Ölkədə 20 ildən artıq müxtəlif istiqamətdə sosial məsuliyyət layihələri həyata keçirən Azercell Telekom-un dəstəyi ilə səyyar Mobil Göz Klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib.
Yanvar ayı ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım ediblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib.
Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb. Fevral ayında həkimlər Bilgəh və Şağan qəsəbəsində ümumilikdə 78 nəfəri müayinə ediblər. Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində 42, Şağan qəsəbəsi Əlilliyi olanlar üçün müalicəvi pansionatda 36, Nərimanov rayonu "Qızıl Aypara" cəmiyyətində isə 32 nəfər müayinəyə cəlb olunub. Yaz aylarında da klinikanın həkimləri yüksək və aktiv fəaliyyətləri ilə seçiliblər. Mart ayında həkimlər Nərimanov rayonundakı Rus icmasına, Gəncə Şəhərində SOS Uşaq Kəndindəki uşaqlara və Lökbatan qəsəbəsində məskunlaşan qaçqınlara xidmət göstəriblər. Aprel və may aylarında Mobil göz klinikasının həkimləri Pirşağı qəsəbəsi 10 saylı internat evində 29, İcra Hakimiyyətinin dəstəyi ilə Pirallahı qəsəbəsində yaşayan 30 imkansız şəxsə, Yasamal və Nizami rayonunda 84, Xaçmaz rayonu Gödəkli kəndi tam Orta məktəbinin 35 şagirdinə xidmət göstəriblər. İyun ayında isə klinikanın həkimləri Bakının Yasamal və Dərnəgül rayonlarında məskunlaşan 43 məcburi köçkün və qaçqını, eyni zamanda 20-ci sahə “Qızıl Aypara“ Cəmiyyətində 25 nəfəri müayinə və müalicə ediblər. İyun ayında Mobil Göz Klinikası Xaçmaz rayonunda məskunlaşan 28 nəfər məcburi köçkünə də yardım ediblər. Sumqayıt şəhərində məskunlaşan 28 məcburi köçkünə isə klinikanın həkimləri iyul ayında xidmət göstəriblər. Avqust ayında isə Xırdalan şəhəri “Sevinc” uşaq bağçasında məskunlaşan məcburi köçkün, o cümlədən Buzovnada yardımda ehtiyacı olan 59 nəfər müayinədən yararlanıb. Binə qəsəbəsində “Ümid yeri”sığınacağında 31 nəfər, Buzovnada isə 1 saylı psixonevrolojı sosial xidmət müəssisəsində 22 nəfər oktyabr ayında həkimlərin müayinə və müalicəsinə cəlb olunub.
Azercell Telekom və “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyilə fəaliyyət göstərdiyi bu illər ərzində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Bakı ilə yanaşı, klinikanın həkimləri ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
15 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 18 d. əvvəl
-
44 d. əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Ən çox oxunanlar
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar























