“AzFinance” “Metak” istiqrazlarının reklamına başladı
Xəbər verdiyimiz kimi, bu gün Bakı Fond Birjasında (BFB) “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb. Hərrac "texniki problemə görə" gələn həftəyə təxirə salınıb.
"Elan edildiyi kimi, yerləşdirmənin anderrayteri "AzFinance" İnvestisiya Şirkəti QSC-dir. Şirkətdən bizə bildirildi ki, istiqrazlara sifarişlər olub, lakin şirkətdən qaynaqlanan texniki problem yaranıb. Onlar problemi bizə aydın izah etməyiblər. Sadəcə narahat olmamağımızı, hərracın gələn həftə keçiriləcəyini bildirdilər"- "Marja"ya "Metak" şirkətindəki mənbəsi bildirib.
“AzFinance” investisiya şirkəti istiqrazın reklamına başlayıb. Bu, kifayət qədər sifarişin toplanmadığına işarədir.
"AzFinance" investisiya şirkətinin məlumatına görə, “Metak” istiqrazlarının 2018-ci ildə ən yaxşı investisiya aləti olacağı hesab olunur:
“Belə ki, adı çəkilən istiqrazın gəlirliyi bankların təklif etdiyi gəlirlikdən yüksəkdir. Hazırda banklarda manatla depazitlər illik 10%-13% , dollarda 1%-3% olduğu halda “Metak” istiqrazlarında təklif olunan illik 14%-dir
Riski bankların riskindən azdır
Bundan başqa banklarda xarici valyuta məzənnələrində yarana bilən və ya bankın əleyhinə olan dəyişikliklərdən, həmçinin bankın xarici valyutada olan aktivlərinin dəyərdən düşməsi nəticəsində, bank riskləri yarana bilər. Bundan başqa banklara xas olan bir neçə likvidillik risklərinin(Kreditlər üzrə ödənişlərin gecikdirlməsi nəticəsində yaranan likvidlik riski, müştərilərin vəsaitlərinin vaxtından əvvəl çıxarılması nəticəsində yaranan likvidlik riski, kredit xəttlərindən həddindən çox istifadə edilməsi nəticəsində yaranan likvidlik riski, aktivlərin və passivlərin ödəniş müddətləri arasındakı, habelə, müddətlərə bağlı olaraq məbləğlər arasında yaranan uyğunsuzluq və uçurum nəticəsində yaranan likvidlik riski) olduğu halda “Metak” istiqrazlarında bu risklər demək olar ki, sıfıra bərabərdir. Çünki bir qayda olaraq istiqraz verən, istiqraz ixrac edən şirkətin mənfəət-zərər riskinə qatılmır. Gəliri hər zaman sabitdir. Məhz bu göstəriciyə görə istiqrazlar səhmlərdən də üstün sayılırlar. Çünki səhmlərdə səhm sahibləri şirkətin aktivlərindən bütün borclar ödənildikdən sonra qalan gəliri bölür
İlin əvvəlində investisiya edib il ərzində gəlir götürmək mümkündür
Metak istiqrazlarına sahib olanlar ilin əvvəlində investisiya edib il ərzində gəlir götürmək imkanına malik olacaqlar. Belə ki, İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 aydan bir ödəniləcəkdir.
Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınmasına imkan verir.
Likvidillik
Metak istiqrazlarının likvidilliyi yüksəkdir. Belə ki, AzFinance hər bir alıcıya onun istədiyi tarixdə istiqrazları geri almaq barədə seçim təqdim edir.
Bununlada Azərbaycanda ilk dəfə AzFinance investisiya şirkəti müəssisə istiqrazına sahib olmaq imkanı yaradır
Metak istiqrazları bir illikdir və bu istiqrazları bir il saxlayıb daha sonra AzFinance investisiya şirkətinə satmaq mümkündür.
Alternativlər daha aşağı faizli gəlirlər vəd edir
Metak istiqrazların alternativ olan digər korporativ istiqrazlar 5%-6% təklif etdikləri halda Metak istiqrazları illik 14 % gəlıirlilik təklif edir. Qeyd edək ki, Metak istiqrazlarının yerləşdirilməsi xarici valyutanın stabilliyi dövrünə təsadüf edir”,- "AzFinance"ın məlumatında deyilir.
Xəbər verdiyimiz kimi, "MET-AK"ın emissiyasının həcm 2 000 000 AZN olmaqla, hər birinin nominal qiyməti 1000 AZN olan 2000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti 1 il (365 gün), faiz dərəcəsi (illik) 14 %, faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir (90 gün).
Əlavə edək ki, MET-AK istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.
Anderrayter - emitentlə (qiymətli kağızı buraxan) investorlar arasında vasitəsi kimi çıxış edən, qiymətli kağızlar buraxılışının ilkin yerləşdirilməsinə və satışına zəmanət verən və onu təşkil edən şirkətdir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat sonra
-
-
4 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
9 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
11 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























